Mələkut sözünün anlamı

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Mələkut sözünün anlamı

 “Mələkut” sözünün mənası nədir?

 

Mələkut sözünün mənası hakimiyyət, malikiyyət, izzət, səltənət, məmləkət və bir də əzəmətli hökumətdir.


“Ənam” surəsinin 75-ci ayəsində buyurulur:


“وَکَذلِکَ نُرِى اِبْراهِیْمَ مَلَکُوتَ السَّمَوْاتِ وَالاَرْضِ وَ لِیَکُونَ مِنَ الْمُوْقِنِینَ”


“Beləcə, Biz İbrahimə göylərin və yerin mələkutunu (səltənət) göstərdik ki, yəqin əhlindən olsun”.
"ملکوت" – “mələkut” kəlməsi “mulk” sözündən götürülüb, mənası “hakimiyyət” və “malikiyyət deməkdir”. Sözün tərkibindəki “vav” və “ta” hərfləri təkid və mübaliğə məqsədilə ona əlavə edilmişdir.
"مَلْکُوَه" – “məlkuvəh” kəlməsi isə “hökumət” və “izzət” mənasındadır.


Tureyhi “Məcməul-bəhreyn” kitabında yazır: “Mələkut” izzət, səltənət və məmləkət mənasındadır. (1)
Bəzi lüğətçilər “əzəmətli, böyük hökumət” kimi məna etmişlər. Hansı ki Rağibin “Mufrədat” da dediyi məna ilə də müvafiqdir.
“əl-Mizan” təfsiri yazır: Quran üslubuna əsasən “mələkut” Pərvərdigarla əlaqədə olan əşyanın batini surəti mənasındadır və bu batini surətin müşahidəsi həmişə yəqin imanı ilə yanaşıdır. “Yasin” surəsinin 83-cü ayəsi bunun bariz nümunəsidir:


 “فَسُبْحَانَ الَّذِى بِیَدِهِ مَلَکُوتُ کُلِّ شَىْء”


“Hər şeyin hökuməti əlində olan kəs pakdır!”. (2) və (3)


İstifadə edilmiş ədəbiyyat:
1-“Məcməul-bəhrəyn”, Tureyhi, Fəxruddin, (tədqiqatçı: Seyid Əhməd Hüseyn, “Mürtəza” kitab mağazası, Tehran, 1996, üçüncü nəşr), c. 5, səh. 292 (باب ما أوله الميم).


2-“əl-Mizan fi təfsiril-Quran”, Təbatəbai, Seyid Məhəmməd Hüseyn, (Qum elm mərkəzinin “Camieyi-mudərrisin” İslam nəşriyyatı ofisi, Qum, 1417 h.q. beşinci nəşr), c. 8, səh. 348.


3-Ayətullah Nasir Məkarim Şirazinin “Quranın mesajı” kitabından iqtibas edilib, (“Darul-kutubil-İslamiyyə”, Tehran, 2007, doqquzuncu nəşr), c. 1, səh. 248.

 
Nəşr tarixi: « 1396/03/22 »


Nəşr tarixi: « 2019/1/8 »
Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Ayətullah Məkarim Şirazi Vatikanın sülh və ədalət şurasının sədri ilə görüşündə

Ateizm, ekstremizm və etik pozuntular müasir dünyanın üç böyük problemidir. + Şəkil

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1080