Şaban ayının təqvimi və fəzilətləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Şaban ayının təqvimi və fəzilətləri

Şaban ayının təqvimi:

 

3 şaban: İmam Hüseynin (ə) səadətli doğum günüdür. Şeyx Tusi “Misbahul-mutəhəccid”də qeyd edir ki, İmam Həsən Əskərinin (ə) buyurduğu hədisə istinadən, İmam Hüseynin (ə) mübarək doğum günü şaban ayının 3-ü cümə axşamı gününə (pəncşənbə günü) təsadüf etmişdir (hicri-qəməri 3-cü il).(1)
4 şaban: Bir rəvayətə görə Həzrət Əbəlfəzl Abbasın (ə) səadətli doğum günüdür (hicri-qəməri 26-cı il).(2)
5 şaban: Bir rəvayətə görə İmam Zeynul-Abidin Əli ibn Hüseynin (ə) səadətli mövlud günüdür (hicri-qəməri 38-ci il).(3)
15 şaban: Bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) səadətli mövlud günüdür. O həzrət hicri-qəməri 255-ci ildə Samirra şəhərində dünyaya gəlmişdir.(4)


Şaban ayının fəziləti:

Şaban ayının fəziləti barədə bunu qeyd etmək yetər ki, bu ay “Peyğəmbər ayı” adlanmışdır. Üstəlik, Seyyiduş-şuhəda İmam Hüseynin (ə) və bəşəriyyətin xilaskarı İmam Zamanın (ə.f) mübarək mövludları bu aya təsadüf etdiyindən bu aya xüsusi şərafət bəxş etmişdir.


Həzrət Rəsulallah (s) şaban ayının hilalını gördükdə göstəriş verərdi ki, bir carçı Mədinənin bütün küçələrində belə car çəksin: “Ey camaat, bu ay mənim ayımdır. Allah rəhmət etsin o kəsə ki, mənim ayım üçün mənə kömək edir, yəni oruc tutur.”(5)


Mərhum Muhəddis Qummi İmam Həsən Əskərinin (ə) təfsirindən şaban ayının birinci gününün fəziləti barədə bir hədisi qeyd etmişdir. Əslində, bu fəzilət bütün şaban ayına aiddir. Ali məzmuna malik bu hədis geniş olduğu üçün Muhəddis Qummi onu xülasələşdirib yazmış, biz də kitabın həcminə riayət etmək üçün onu bir daha xülasələşdirib qeyd edirik:


Əmirəl-möminin Əli (ə) şaban ayının birinci günü məsciddə əyləşib qəzavü-qədər barədə əsassız sözlər danışıb ucadan mübahisə edən bir dəstəni müşahidə edir və onlara buyurur: “Bu söhbətlərdən əl çəkin! Bu gün şaban ayının birinci günüdür. Bu ay ona görə “şaban” adlanıb ki, xeyir işlərin şöbə və şaxələrinin mərkəzidir: namaz, oruc, zəkat, əmr bil-məruf və nəhy ənil-munkər, ata-anaya və qonşulara yaxşılıq, ehtiyaclılara ehsan, küsülüləri barışdırmaq və bu kimi başqa xeyir işlər.”


Sonra İmam Əli (ə) Həzrət Rəsulallahın (s) bir hədisini bəyan etdi.

 

Bu hədisin xülasəsi belədir:
Həzrət Rəsulallah (s) buyurmuşdur: “Şaban ayının birinci günü olduqda Allah əmr edir ki, cənnətin qapıları açılsın. “Tuba”(6) ağacına əmr edər ki, öz şaxələrini dünya camaatına yaxınlaşdırsın və Allah tərəfindən olan bir carçı car çəkər ki, Tuba ağacının şaxələri sizin əlinizin altındadır. Onlardan tutun ki, sizi Cənnətə tərəf aparar. Zəqqum ağacının şaxələrindən uzaq durun və onlardan tutmayın ki, sizi Cəhənnəmə tərəf sürükləyər.”


Həzrət Rəsulallah (s) daha sonra buyurdu: “Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, hər kim bu gün xeyir işlərdən birini yerinə yetirsə, Tuba ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cənnətə tərəf aparar. Hər kim bu gün şər işlərdən birini yerinə yetirsə, Zəqqum ağacının bir şaxəsindən tutmuşdur və bu şaxə onu Cəhənnəmə tərəf sürüklüyər.”


Sonra o Həzrət (s) Tuba ağacının şaxələrindən tutmağın bir neçə nümunəsini sadalayaraq buyurdu: “Hər kim bu gün (vacib namazlardan əlavə) müstəhəb namaz qılsa, yaxud oruc tutsa, yaxud ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını düzəldib barışdırsa, Tuba ağacının şaxələrinin birindən tutmuşdur.

 

Həmçinin, əgər bir kəs camaata olan borcunu ödəsə, bir yetimi himayəsinə götürsə, dayaz düşüncəli bir şəxsin camaatın abır və heysiyyətinə xələl gətirməsinin qarşısını alsa, Quran oxusa, Allahın nemətlərinə şükür etsə, bir xəstəyə baş çəksə, ata-anaya yaxşılıq etsə, bir möminin dəfnində iştirak etsə, ümumiyyətlə, hər hansı bir xeyir iş görsə, Tuba ağacının şaxələrinin birindən tutmuşdur.”


Daha sonra Həzrət Rəsulallah (s) buyurdu: “And olsun məni peyğəmbərliyə seçən kəsə ki, hər kəs bu ay şər və günah qapılarından birinə tərəf getsə, Zəqqum ağacının şaxələrinin birindən tutmuşdur: hər kim vacib namaza qarşı səhlənkarlıq etsə, öz çətinliyini açıqlayıb kömək istəyən ehtiyaclı şəxsə imkanı ola-ola kömək göstərməsə və ona əl tutmasa, ər ilə arvadın, valideyn ilə övladın, qohumların və qonşuların arasını vurub onların arasında ixtilaf yaratsa, camaata olan borcunu inkar etsə, yetimlərin qayğısını çəkməkdən boyun qaçırsa, fəsad məclislərinin xanəndələrinin yanına getsə, öz zülmlərini və günahlarını dilə gətirib onlarla fəxr etsə, xəstə qonşusuna baş çəkməsə, ata və anasını özündən narazı salsa... Bütün bunların hamısı Zəqqum ağacının şaxələrindən tutmaqdır.”(6)
Bu hədis xoşbəxtlik və bədbəxtlik yollarını bir mənəvi misal şəklində bəyan edir.

 

Şaban ayının əməlləri:

Şaban ayının əməlləri də iki qisimdir: 1- Şaban ayının müştərək əməlləri; 2- Şaban ayının gecə və gündüzlərinə məxsus əməllər.

 

 


1-Misbahul-mutəhəccid, s.826.
2-Həzrət Əbəlfəzl Abbasın həyatı, s.22.
3-Biharul-ənvar, c.46, s.14. Alimlərin bir qrupu o həzrətin doğum gününün cəmadiul-əvvəl ayının 15-də, bir qrupu isə cəmadius-sani ayının 15-də olduğunu qeyd etmişlər. Ətraflı məlumat üçün müraciət edin: Biharul-ənvar, c.46, s.12-15.
4-Biharul-ənvar, c.51, s.4, 19, 23, 28.
5-Misbahul-mutəhəccid, s.825.
6-Bəzi rəvayətlərə istinadən, “Tuba” ağacı Cənnətdə bitən bir ağacdır. Onun kökü Həzrət Rəsulallahın (s) evində və şaxələri möminlərin evindədir. Cənnət əhli hər nəyi arzulasa, bu şaxələr onun üçün hazır edər. (Biharul-ənvar, c.8, s.117-118.) “Zəqqum” ağacı isə, Quranda buyurulduğu kimi (Saffat surəsi, ayə: 62-66), kökü Cəhənnəmdə olan bir ağacdır. Allah onu zalımlar üçün qərar vermişdir.  

 


Nəşr tarixi: « 2019/4/8 »
“Şəbaniyyə” minacatı

Günün sitatı

“Şəbaniyyə” minacatı

Şaban ayının müştərək əməlləri

Günün sitatı

Şaban ayının müştərək əməlləri

Ekstremizmin kökləri - konfransına mesaj

Ekstremist Cərəyanlarla Mübarizə - Beynəlxalq konfransı tərəfindən yayımlandı:

Ekstremizmin kökləri - konfransına mesaj

FİTRƏT

Günün sitatı

FİTRƏT

Əbədi cəza

Günün sitatı

Əbədi cəza

“Şəbaniyyə” minacatı

Günün sitatı

“Şəbaniyyə” minacatı

Şaban ayının müştərək əməlləri

Günün sitatı

Şaban ayının müştərək əməlləri

“Şəbaniyyə” minacatı

Günün sitatı

“Şəbaniyyə” minacatı

Şaban ayının müştərək əməlləri

Günün sitatı

Şaban ayının müştərək əməlləri

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 664