Ramazan ayının təqvimi və fəzilətləri:

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 
makarem news

Günün sitatı

Ramazan ayının təqvimi və fəzilətləri:

İlin ayları içərisində ramazan ayı ən mübarək aydır, çünki Mutəal Allah bu ayda bəşəriyyətə ən böyük töhfəsini, yəni Qurani-Kərimi vermişdir.

Ramazan ayının təqvimi:

 

10 ramazan: Həzrət Peyğəmbərin (s) zövcəsi, böyük şəxsiyyət sahibi qadın Xanım Xədicə-Kubranın (s.ə) vəfat günüdür (besətin 10-cu ili).
15 ramazan: Həzrət Peyğəmbərin (s) böyük nəvəsi İmam Həsən Muctəbanın (ə) mübarək mövlud günüdür (hicrətin 3-cü ili).
17 ramazan: Hicrətin 2-ci ilində baş verən Bədr döyüşünün ildönümü günüdür.
19 ramazan: Əmirəl-möminin Əlinin (ə) bədbəxtlərin bədbəxti İbn Mulcəm tərəfindən qılınc zərbəsi aldığı gündür.
21 ramazan: Müttəqilərin mövlası Əli ibn Əbu Talibin (ə) şəhadət günüdür (hicri-qəməri 40-cı il).

 

Mübarək ramazan ayının fəziləti:

İlin ayları içərisində ramazan ayı ən mübarək aydır, çünki Mutəal Allah bu ayda bəşəriyyətə ən böyük töhfəsini, yəni Qurani-Kərimi vermişdir. Digər tərəfdən Qədr gecəsi bu aydadır, yəni insanların qarşıda gələn il ərzindəki taleləri onların ləyaqətlərinə görə həmin gecədə təyin olunur. Bu gecədə edilən ibadət min ayın ibadətindən üstündür. Başqa bir tərəfdən isə, bu ay ibadət, təqva, özünü tərbiyə və islah, paklanma ayıdır.
Həzrət Peyğəmbərin (s) mübarək ramazan ayının gəlişi ilə buyurduğu xütbədən bu ayın əhəmiyyəti tam aydın olur:


“Ey camaat! Allah ayı bərəkət, rəhmət və məğfirət ilə sizə tərəf üz tutmuşdur. Bu ay Allah yanında ən üstün aydır: günləri ən üstün günlər, gecələri ən üstün gecələr, saatları ən üstün saatlardır.


Bu ayda siz Allah ziyafətinə dəvət olunmusunuz, Allahın kəramət və ehtiramı sizə aid olmuşdur. Bu ayda sizin nəfəsləriniz təsbih hökmündədir, yuxunuz ibadətdir, əməliniz (Allah dərgahında) qəbuldur, dualarınız müstəcabdır.


Saf niyyət və sidq ürəklə Allahdan istəyin ki, sizi bu ayda oruc tutmağa və Quran oxumağa müvəffəq etsin. Bu ayda (ilahi rəhmət dənizinin dalğalandığı bir ayda) Allahın rəhmət və məğfirətindən məhrum qalan kəs bədbəxtdir...”


Sonra Həzrət Peyğəmbər (s) ehtiyaclılara kömək etmək, böyüklərə ehtiram və kiçiklərə mərhəmət göstərmək, qohumlarla əlaqə saxlamaq (sileyi-rəhm), dili, gözü və qulağı günahdan qorumaq, yetimlərə nəvaziş göstərmək, günahdan tövbə etmək, dua etmək – xüsusilə də namazda – barədə göstərişlər verdi. Daha sonra oruc tutanlara iftar verməyin əhəmiyyətindən danışdı, hətta imkanı olmayanların bir dənə xurma və ya bir qab su iftar vermələrilə bu xeyir işdə şərik olmalarını tövsiyə etdi.


Xütbənin sonunda o həzrət buyurdu:

 

“Ey camaat! Bu ayda cənnətin qapıları açılmışdır, Allahdan istəyin ki, onu sizin üzünüzə bağlamasın. Cəhənnəmin qapıları isə bağlanmışdır, Allahdan istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanlar bu ayda zəncirlənmişlər, Allahdan istəyin ki, onları sizə hakim etməsin.”


Əmirəl-möminin Əli (ə) ərz etdi: “Ey Rəsulallah (s), bu ayda ən üstün əməl hansı əməldir?” Həzrət Peyğəmbər (s) buyurdu: “Günahdan çəkinmək.”


Bu ayın dəyərini bilib onun tükənməz bərəkətlərindən bəhrələnən, mənəvi və maddi çətinliklərini bu ayda oruc tutub ibadət etməklə həll edən insanlar həqiqətən xoşbəxt insanlardır. Söz yox ki, maddi və mənəvi bərəkətlərdən bəhrələnmək üçün təkçə oruc tutmaq kifayət etmir, Allahın rəhmətinə və bəxşişinə nail olmaq üçün günahlardan çəkinmək, özünüislah da lazımdır.


İlahi, bizi bu mübarək ayın bərəkətlərindən bəhrələnən insanlardan et!

 

 

 


Nəşr tarixi: « 2019/5/6 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 923