Ramazan ayının axırıncı gecəsinin əməlləri

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
makarem news

Günün sitatı

Ramazan ayının axırıncı gecəsinin əməlləri

Bu mübarək gecədə də bir neçə əməli yerinə yetirmək nəql olunmuşdur:

Bu mübarək gecədə də bir neçə əməli yerinə yetirmək nəql olunmuşdur:


1) Qüsl etmək.
2) İmam Hüseyni (ə) ziyarət etmək.
3) “Ənam”, “Kəhf” və “Yasin” surələrini oxumaq.
4) Yüz dəfə “isiğfar” cümləsini demək: [Əstəğfirulla͂hə və ətu͂bu iləyh].
5) Şeyx Kuleyninin İmam Sadiqdən (ə) nəql etdiyi bu duanı oxumaq:

 

اَللَّهُمَّ هٰذَا شَهْرُ رَمَضَانَ، اَلَّذِى اَنْزَلْتَ فِیهِ الْقُرْاٰنَ، وَ قَدْ تَصَرَّمَ. وَ اَعُوذُ بِوَجْهِکَ الْکَرِیمِ یَا رَبِّ، اَنْ یَطْلُعَ الْفَجْرُ مِنْ لَیْلَتِى هٰذِهِ، اَوْ یَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ، وَ لَکَ قِبَلِى تَبِعَةٌ اَوْ ذَنْبٌ، تُرِیدُ اَنْ تُعَذِّبَنِى بِهِ یَوْمَ اَلْقَاکَ.


Duanın oxunuşu:

Əllahummə haza şəhru-rəməzan, əlləzi ənzəltə fihil-Qurʼan, və qəd təsərrəmə.
Və ə‘uzu bi-vəchikəl-kərim ya Rəbbi, ən yətlu‘əl-fəcru min ləyləti hazihi, əv yətəsərrəmə şəhru-rəməzan,
və ləkə qibəli təbi‘ətun əv zənbun, turidu ən tu‘əzzibəni bihi yəvmə-əlqakə
.


“Ey Allahım,  bu, ramazan ayıdır və Sən Quranı bu ayda nazil etdin, indi isə (bu ay) getmək (qurtarmaq) üzrədir. Ey Rəbbim, Sənin kərim zatına pənah aparıram ki, məbada bu gecənin sübhü mənim üçün açılsın və ya ramazan ayı mənim üçün ötüb keçsin, lakin mənim üzərimdə Sənə qarşı işlətdiyim bir günah və əvəzi pis olan bir əməl olmuş olsun ki, buna görə Səninlə görüş günündə mənə əzab verəsən.”


) “İyirmi üçüncü gecənin əməlləri”ndə qeyd olunan “یَا مُدَبِّرَ الْاُمُورِ...” [Yə͂ mudəbbirəl-umu͂ri...] duasını oxumaq.
7) Ramazan ayı ilə vidalaşmaq: vida dualarını böyük alimlərimiz öz kitablarında qeyd etmişlər. Bunlar arasında ən yaxşı dua “əs-Səhifətus-Səccadiyyə”nin 45-ci duasıdır.
Seyid İbn Tavus nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Hər kim ramazan ayının axırıncı gecəsi bu ayla vidalaşsa və bu duanı oxusa, sübh olmamışdan qabaq Allah onu bağışlayar, ona tövbə etmək uğurunu əta edər:

 

اَللَّهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِیَامِى لِشَهْرِ رَمَضَانَ، وَ اَعُوذُ بِکَ اَنْ یَطْلُعَ فَجْرُ هٰذِهِ اللَّیْلَةِ اِلَّا وَ قَدْ غَفَرْتَ لـِى.

 

Duanın oxunuşu:

Əllahummə la təc‘əlhu axirəl-‘əhdi min siyami li-şəhri-rəməzan, və ə‘uzu bikə ən yətlu‘ə fəcru hazihil-ləyləti illa və qəd ğəfərtə li.


“Ey Allahım, bunu mənim ramazan ayının orucu ilə axırıncı görüşüm etmə. Sənə pənah aparıram ki, məbada bu gecə mənim üçün sübh olsun, lakin məni bağışlamamış olasan.”
Cabir ibn Abdullah Ənsari nəql edir ki, ramazan ayının axırıncı cümə günü Həzrət Peyğəmbərin (s) hüzuruna getmişdim. O həzrət mənə buyurdu: “Bu gün ramazan ayının axırıncı cüməsidir, onunla vidalaş və de:


اَللَّهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِیَامِنَا اِیَّاهُ، فَاِنْ جَعَلْتَهُ فَاجْعَلْنِى مَرْحُومًا، وَ لَا تَجْعَلْنِى مَحْرُومًا.


Duanın oxunuşu:

Əllahummə la təc‘əlhu axirəl-‘əhdi min siyamina iyyahu, fə-in cə‘əltəhu fəc‘əlni mərhumən, və la təc‘əlni məhrumən.

[Subhanəllah, vəl-həmdu lilləh, və lə iləhə illəllah, vəllahu əkbər]

Ya həyyu ya qəyyum, ya zəl-cəlali vəl-ikram, ya rəhmanəd-dunya vəl-axirəti və rəhiməhuma, ya ərhəmər-rahimin,

Ya ilahəl-əvvəlinə vəl-axirin, iğfir ləna zunubəna, və təqəbbəl minna sələvatəna və siyaməna və qiyaməna.

“Ey Allahım, bunu bizim üçün ramazan ayının orucu ilə axırıncı görüş qərar vermə, əgər belə etmisənsə, onda bizi mərhumlardan (rəhmətə qovuşanlardan) et, məhrumlardan deyil.”
Həzrət Peyğəmbər (s) daha sonra buyurdu: “Hər kim bu gün bu duanı oxusa, iki yaxşı xislətə nail olar, yaxud gələn ramazan ayını görər, yaxud Allahın bağışlanmasına və sonsuz rəhmətinə qovuşar.”
8) Həzrət Rəsulallahın (s) buyurduğu bu on rəkət namazı qılmaq:
Ramazan ayının axırıncı gecəsi on rəkət (iki rəkət-iki rəkət) namaz qıl: belə ki, hər rəkətdə bir dəfə “Həmd” və on dəfə “İxlas” surəsini oxu.

Rükuda və səcdələrdə on dəfə de:

 

سُبْحَانَ اللهِ، وَ الْحَمْدُ لِلَّهِ، وَ لَا اِلٰهَ اِلَّا اللهُ، وَ اللَّهُ اَکْبَر


 [Subhanəlla͂h, vəl-həmdu lilləh, və lə͂ iləhə illəllah, vəllahu əkbər]


Hər iki rəkətdən sonra təşəhhüdü və salamı de. On rəkət namaz tamamlandıqdan sonra min dəfə “اسْتَغْفِرُ اللهَ” [Əstəğfirulla͂hə] de. İstiğfardan sonra səcdəyə gedib de:

 

یَا حَىُّ یَا قَیُّومُ، یَا ذَا الْجَلَالِ وَ الْإِکْرَامِ، یَا رَحْمٰنَ الدُّنْیَا وَ الْاٰخِرَةِ وَ رَحِیمَهُمَا، یَا اَرْحَمَ الرَّاحِمِینَ، یَا اِلٰهَ الْاَوَّلِینَ وَ الْاٰخِرِینَ، اِغْفِرْ لَنَا ذُنُوبَنَا، وَ تَقَبَّلْ مِنَّا صَلَوَاتَنَا وَ صِیَامَنَا وَ قِیَامَنَا.


Duanın oxunuşu:


Ya həyyu ya qəyyum, ya z̠əl-cəlali vəl-ikram, ya rəhmanəd-dunya vəl-axirəti və rəhiməhuma, ya ərhəmər-rahimin,

ya ilahəl-əvvəlinə vəl-axirin, iğfir ləna zunubəna, və təqəbbəl minna sələvatəna və siyaməna və qiyaməna.

“Ey diri, ey əbədi, ey cəlalət və ikram sahibi, ey dünya və axirətin rəhmanı və bu ikisinin rəhimi, ey rəhimlilərin ən rəhimlisi, ey əvvəlkilərin və sonrakıların Məbudu, bizim günahlarımızı bağışla, namazlarımızı, oruclarımızı və gecə ibadətlərimizi qəbul et.”
Həzrət Rəsulallah (s) buyurub: “Hər kim bu əməlləri yerinə yetirsə, məni peyğəmbərliyə gِndərənin haqqına and olsun ki, Cəbrail İsrafildən və İsrafil də ِz Rəbbindən mənə xəbər verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah onu bağışlayar və ramazan ayını ondan qəbul edər, onun günahlarından keçər...”
Bu namaz bu qaydada Fitr bayramının gecəsi üçün də nəql olunmuşdur. Həmin hədisdə buyurulur ki, rüku və səcdənin zikrinin yerinə “təsbihati-ərbə`ə” ni de, həmçinin:


“اِغْفِرْ لَنَا ذُنُوبَنَا، وَ تَقَبَّلْ مِنَّا صَلَوَاتَنَا وَ صِیَامَنَا وَ قِیَامَنَا” (“Bizim günahlarımızı bağışla...”) cümlələrinin yerinə “اِغْفِرْ لِى ذُنُوبِى، وَ تَقَبَّلْ مِنِّى صَلَوَاتِى وَ صِیَامِى وَ قِیَامِى” (yəni “Mənim günahımı bağışla, orucumu, namazımı və gecə ibadətimi qəbul et” cümlələrini) de (yəni əvəzlikləri “birinci şəxsin təki”ndə de).

 


Nəşr tarixi: « 2019/5/24 »
Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Diqqətinizə çatdırırıq ki, bu məsələ sırf yalandır və belə bir sual-cavab heç bir vaxt olmayıb.

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Mərcəyi-təqlidin rəsmi ofisi tərəfindən yayımlandı:

Şəhid Hacı Qasim Süleymaninin və Şəhid Məhdi əl-Muhəndisin qırx mərasimi keçirilir.

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Mərcəyi-təqlidin ofisinin rəsmi saytı tərəfindən yayımlandı

Dini hövzənin alimləri və dövlət rəsmiləri Ayətullah Məkarim Şirazini ziyarət etdi.

Ramazan ayının gündəlik duaları

Günün sitatı

Ramazan ayının gündəlik duaları

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

Ayətullah Məkarim Şirazi fiqhin ali mühazirələrinin ilk günündə:

Builki həcc birlik həcci olmalıdır/ Müsəlmanlar həmişəkindən daha artıq müttəfiq olmalıdırlar

 Qərb yeni növ demokratiya ixtira edib

Ayətullah əl-üzma Məkarim Şirazi fiqhin ali mühazirələrində:

Qərb yeni növ demokratiya ixtira edib

Şəvval ayının hilalı göründü

Ayətullah əl-uzma Məkarim Şirazinin rəsmi saytı xəbər verir

Şəvval ayının hilalı göründü

 Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-üzma Məkarim Şirazinin müqəddəs Cəmkəran məscidinin xadimləri ilə görüşündə

Bir qrup insanın müqəddəs Cəmkəran məscidini gözdən salmaq cəhdi

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

Fiqh-xaric dərsinin əvvəlində müzakirə olunmuşdur:

Ayətullah əl-uzma Məkarim Şirazının Livan və Tunis hadisələri ilə bağlı təhlili

CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 6488