Fatimiyyə

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 

Fatimiyyə

null

Həzrət Zəhra (s) şiə mənbələrində

Həzrət Zəhranın (s) şəhadəti

Həzrət Zəhra (s) haqqında suallara cavab

 

Həzrət Zəhranın (salamullahi əleyha) şəhadəti qaynaqlarda

 

Sual: “Fatimiyyə” günlərinin başlanması necə hesablanır? Bu günlər şəhadətdən əvvəl başlanır, yoxsa sonra?
Cavab: Həzrət Zəhranın (salamullahi əleyha) şəhadətinin ildönümünə dair iki hədis mövcuddur. Onlardan birinə görə Həzrət Zəhra (salamullahi əleyha) Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 75 gün sonda şəhidlik məqamına çatdı. Bu da cəmadi əl-əvvəl ayının 13-nə təsadüf edir. Digər hədisə görə isə o, peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından 95 gün sonra şəhadətə qovuşdu və bu da cəmadi əs-sani ayının 3-nə təsadüf edir. Bu 20 günü əyyamı “Fatimiyyə” günləri adlandırmışlar.  


Həzrət Zəhranın (salamullahi əleyha) şəhadət günləri təqvimdə

 

Sual: Xahiş edirik, iki “Fatimiyyə” günlərinin hüdudlarına aydınlıq gətirəsiniz. Adı çəkilən günlərdə nişan, toy və ad günü kimi şadlıq mərasimləri təşkil etmək nə dərəcədə doğrudur?
Cavab: Cəmadi əl-əvvəl ayının 13, 14, 15-ci günləri, və cəmadi əs-sani ayının 1-ci, 2-ci və 3-cü günləri ənənəvi olaraq “Fatimiyyə” günlərinə həsr olunur. Lakin bu iki əyyamın arasında nişan və toy mərasimlərini (şəriət hökmləri çərçivəsində) qeyd etməyin maneəsi yoxdur.


Həzrət Fatimeyi-Zəhranın (salamullahi əleyha) şəhadətinə görə qara libas geymək və yas saxlamaq

 

Sual: Qara libas geyməyin məkruhluğunu nəzərə alaraq Həzrət Zəhranın şəhadət günlərində qara geyinmək icazəlidirmi?
Fatimiyyə günlərində matəm mərasimləri təşkil etmək nə dərəcədə düzgündür? Nə üçün bir çoxları bu işə etirazla yanaşır?
Həzrət Zəhranın (s) qapısına həqiqətən od vurulub, yoxsa bu bəzi insanların hesab etdiyi kimi əfsanədir?

Cavab:
1. Məsumların şəhadət günlərində qara libas geyməyin bir növ “Təzimi-şəairi ilahi” (İlahi nişanələrə hörmət) sayıldığını nəzərə alsaq, bu iş məkruh deyil.
2. Bu mərasimlər müsəlmanların sıraları arasında təfriqə və nifaq salmayacaq şəkildə təşkil olunsa, heç bir kəs ona mane olmamalıdır. Mane olanlar elə təsəvvür edirlər ki, bəzi mərasim iştirakçıları əhli-sünnətə qarşı radikal çıxışlar edirlər və bu da hazırkı şəraitdə təfriqəyə səbəb olur.
3. Həzrət Zəhra (salamullahi əleyha) dünyasını təbii ölümlə dəyişməyib. Bu fikrin tarixi faktlarını “Vəhy evinə yürüş” kitabında əhli-sünnət mənbələrindən qeyd etmişik.  

 

Həzrət Zəhra (s) üçün “Seyyidətu nisail-aləmin” adı


Sual: Nə üçün biz Həzrət Fatimeyi-Zəhranı (salamullahi əleyha) “Seyyidətu nisail-aləmin” (aləmlərin xanımlarının xanımı) adlandırırıq?
Halbuki Quranda onun adı çəkilmir. Digər tərəfdən Quranda Həzrət Məryəm bu adla yad edilir.

Cavab:

Bu ifadə bəzi hədislərdə nəql edilmişdir. “Həl əta” və “Kövsər” surələri, eləcə də “Təthir” və “Mübahilə” ayələri həqiqətdə Həzrət Zəhra (salamullahi əleyha) barəsində nazil olmuşdur.

 

 

Peinevesht:
  
    
Nəşr tarixi: « 1393/01/12 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 5958