TƏVƏKKÜL YALNIZ ALLAHADIR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

TƏVƏKKÜL YALNIZ ALLAHADIR

Sual : Nə üçün yalnız Allaha təvəkkül etmək lazımdır?
Qısa cavab:

Quran ayəsində deyilir ki, Allahın iradəsi hər bir şeyə hakimdir. O, kimdənsə bir neməti alsa və ya kiməsə nemət bəxş etsə, dünyada onun qarşısını ala biləcək heç bir qüdrət sahibi yoxdur. Görəsən, nə üçün Allahdan qeyrisi qarşısında baş əyirlər?

 

Ətraflı cavab:

Bu suala “Ənam” surəsinin 17 və 18-ci ayələrinə müraciət etməklə cavab vermək olar. Allah-taala ilk öncə 17-ci ayədə buyurur ki, nə üçün siz Allahdan qeyrisinə sığınırsınız? Müşküllərinizin həlli, ziyan və zərəri dəf etmək və mənfəət qazanmaq üçün öz əllərinizlə düzəltdiyiniz məbudlara pənah aparırsınız? Halbuki:

 

وَ اِنْ یَمْسَسْکَ اللّهُ بِضُرّ فَلا کاشِفَ لَهُ اِلاّ هُوَ وَ اِنْ یَمْسَسْکَ بِخَیْر فَهُوَ عَلى کُلِّ شَیْء قَدیرٌ

"Əgər Allah sənə kiçik bir zərər-ziyan yetirsə, onu Ondan başqa dəf edən yoxdur və əgər sənə bir xeyir yetirsə, Onun əlindədir, həqiqətən, O hər bir şeyə qadirdir."

 

Həqiqətdə diqqəti Allahdan qeyrisinə yönəltmək ondan irəli gəlir ki, ya onları xeyir mənbəyi bilirlər, ya da çətinlikləri aradan qaldıran sanırlar. Necə ki, qüdrət sahiblərinin qarşısında baş əyib sanki onlara pərəstiş etmələri bu iki stimuldan birinə görədir.

Yuxarıdakı ayədə deyilir ki, Allahın iradəsi hər bir şeyə hakimdir. O, kimdənsə bir neməti alsa və ya kiməsə nemət bəxş etsə, dünyada onun qarşısını ala biləcək heç bir qüdrət sahibi yoxdur. Görəsən, nə üçün Allahdan qeyrisi qarşısında baş əyirlər?
Sonrakı ayədə bu mövzunu təkmilləşdirərək buyurur:

 

وَ هُوَ الْقاهِرُ فَوْقَ عِبادِهِ

"Odur bəndələri üzərində qahir və qalib!"

 

“Qəhr” və “qələbə” sözləri eyni mənanı daşısa da kökləri bir-birindən fərqlidir.
“Qəhr” və “qahirlik” qarşı tərəfin heç bir müqavimətə qadir olmadığı bir qələbəyə deyilir. Lakin “qələbə” sözündə isə bu sifət yoxdur və düşmənin müqavimət göstərməsi ilə də “qələbə” çalmaq mümkündür.

Başqa sözlə desək, qahir şəxs düşmənə müqavimət imkanı vermədən ona qələbə çalan şəxsə deyilir. Bu eynilə kiçik ocağın üzərinə tökülərək bir an içində onu söndürən bir qab suya bənzəyir.
Bəzi təfsir alimləri bu fikirdədirlər ki, “qahirlik” adətən o yerdə işlənir ki, qarşı tərəf şüurlu varlıq olsun. Lakin “qələbə” sözü ümumi olaraq həm şüurlu, həm də şüursuz varlıqlar üzərindəki qələbələrə şamil olur.


Bu səbəbdən öncəki ayədə Allahın saxta məbudlar və güc sahibləri üzərindəki qüdrətinin ümumiliyinə toxunulur. Bu o deməkdir ki, o, digər güc sahiblərini diz çökdürmək üçün bir müddət onunla çarpışmağa məcbur olmur. Onun qüdrəti qahir bir qüdrətdir və “bəndələri üzərində qahir” cümləsi həmin mənanı daha da təkmil edir.
Bütün bunlarla yanaşı, necə ola bilər ki, agah bir insan belə bir güc və qüdrət sahibini buraxıb özlərindən heç bir qüdrətə malik olmayan, hətta cüzi qüdrətləri də Allah tərəfindən olan varlıq və insanların ardınca getsin.
Amma ayənin sonunda “Allahın da bəzi güc sahibləri kimi öz sonsuz qüdrətindən mənfi istifadə etməsi mümkündür” ehtimalını da dəf edərək buyurur:


 وَ هُوَ الْحَکیمُ الْخَبیرُ


"(Bütün bunlarla yanaşı) O həkimdir (və bütün işləri hesab-kitab üzündəndir), xəbir və agahdır (və qüdrətini tətbiq edərkən kiçicik xətaya yol verməz)."

Firondan belə nəql olunur: "O, Bəni-İsrailin övladlarını ölümlə təhdid edərkən belə dedi:


وَ اِنّا فَوْقَهُمْ قاهِرُونَ


"Biz onlara tam qalib və hakimik!" (1)

Yəni həqiqətdə cüzi bir qüvvə olan "qahirə" qüvvəsindən başqalarının hüququnu tapdalamaq, onlara zülm etmək üçün istifadə edirdi, lakin həkim və xəbir olan Allah həmin qahirə qüvvəsi ilə ən kiçik bəndələri haqqında ən azacıq zülmə yol verməkdən pak və uzaqdır.
Aydındır ki, “bəndələri üzərində” ifadəsində məkan baxımından deyil, məqam baxımından üstünlük nəzərdə tutulur, çünki Allahın məkanının olmaması məlum məsələdir.

Maraqlısı burasındadır ki, bəzi naqis beyinlilər sözügedən ifadəni Allahın cisim olmasına dəlil gətirmişlər. Halbuki, “fövq” (üzərində) ifadəsi Allahın öz bəndələri üzərində qüdrət baxımından mənəvi üstünlüyünə işarədir. Hətta Firon, cismani bədəni olan bir insan olsa da, həmin ifadə onun məkan baxımından üstünlüyünə deyil, mənəvi baxımdan üstünlüyünə dəlalət edir. (2)

 

Peinevesht:

1. "Əraf" surəsi, ayə 127.
2. "Nümunə" təfsiri, cild 5, səh. 222. Nəşr tarixi: « 1394/01/29 »

 

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 11