MÜVƏFFƏQİYYƏT

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

MÜVƏFFƏQİYYƏT

Sual : Nə üçün bəzi şəxslər çox çalışdıqlarına baxmayaraq, məqsədlərinə çatmırlar?
Qısa cavab:

Qurani-Kərimin ayələrində insane belə müraciət edilir ki, siz doğulan zaman hətta daim sizi qoruyan ata-ananızı heç tanımırdınız, lakin yavaş-yavaş inkişaf edib gücləndiniz, möhkəm bədən, dərin fikir, düşünən ağıl və geniş dərk sahibi oldunuz.
Bütün bunlarla belə, həmin güc və qüdrəti qoruyub saxlaya bilməzsiniz. Eynilə uca dağın döşündən onun qülləsinə çıxmış və o biri tərəfdən yenidən üzüaşağı enməyə başlamış insana bənzəyirsiniz ki, bir daha cismani və ruhi zəiflik və gücsüzlük dərəsinə yuvarlanır.

 

Ətraflı cavab:

Qurani-kərim “Rum” surəsinin 54-cü ayəsində "tövhid"in (Allahın birliyinin) dəlillərindən birini açıqlayaraq, insanın güclü və zəif olmasından söz açır:

 

اللهُ الَّذى خَلَقَکُمْ مِنْ ضَعْف ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْف قُوَّهً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّه ضَعْفاً وَ شِیبَهً

 

"Allah sizi bir zəiflikdən və qüdrətsiz formada yaratdı, zəiflik və gücsüzlükdən sonra sizə (cavanlıq çağlarında) güc və qüdrət verdi və yenə də qüdrətdən sonra gücsüzlük və qocalıq bərqərar etdi."

 

یَخْلُقُ ما یَشْاءُ وَ هُوَ الْعَلِیمُ الْقَدیِرُ

"O istədiyini yaradır və Odur (hər şeyi) bilən və qüdrət sahibi!"

 

Siz təzə dünyaya gəldiyiniz günlərdə o qədər zəif və qüdrətsiz idiniz ki, milçəyi özünüzdən uzaqlaşdırmağa və yaxud ağzınızın suyunu saxlamağa qadir deyildiniz. Bu sizin cismani durumunuz idi. Amma şüur baxımından:

 

لا تَعْلَمُونَ شَیْئاً

"Siz heç nə bilmirdiniz."

 

Hətta, daim sizi qoruyan ata-ananızı heç tanımırdınız, lakin yavaş-yavaş inkişaf edib gücləndiniz, möhkəm bədən, dərin fikir, düşünən ağıl və geniş dərk sahibi oldunuz.

Bütün bunlarla belə, həmin güc və qüdrəti qoruyub saxlaya bilməzsiniz. Eynilə uca dağın döşündən onun qülləsinə çıxmış və o biri tərəfdən yenidən üzüaşağı enməyə başlamış insana bənzəyirsiniz ki, bir daha cismani və ruhi zəiflik və gücsüzlük dərəsinə yuvarlanır.

Bu dəyişikliklər, keşməkeşlər nə həmin güc-qüdrətin, nə də həmin zəifliyin sizdən olmamasına və hər ikisinin başqası tərəfindən insana verilməsinə ən yaxşı sübutdur. Buradan aydın olur ki, sizin varlığınızın çarxını başqası fırladır, nəyiniz varsa ötəridir.

Əmirəl-möminin Əli (əleyhis-salam) öz nurlu kəlamında bu məsələyə belə toxunur:

 

عَرَفْتُ اللهَ سُبْحانَهُ بِفَسْخِ الْعَزائمِ وَ حَلِ اَلْعُقُودِ وَ نَقْضِ اَلْهِمَمْ

"Mən Allahı qətiyyətli qərarları pozmaqda, düyünləri açmaqda və güclü iradələri alt-üst etməkdə tanıdım."

 

Mən bu çevrilişlərdə başa düşdüm ki, əsl qüdrət kimin əlindədir və onun bizə bəxş etdiklərindən başqa heç nəyə malik deyilik. (1)

 

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 16, səh 503. Nəşr tarixi: « 1394/01/29 »

 

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 8