QAYITMAQ ARZUSU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

QAYITMAQ ARZUSU

Sual : Cəhənnəm əhlinin dünyaya qayıtmaq istəklərinə Allahın cavabı nə olacaq?
Qısa cavab:

“Muminun” surəsinin 107-ci ayəsində həmin insanların dilindən deyilir:

“Ey Rəbbimiz, bizi buradan çıxar. Əgər bir daha (günahlara) qayıtsaq, deməli onda mütləq zalımıq.”

 

Ətraflı cavab:

Qurani-kərimin bir çox ayələrində Cəhənnəm əhlinin dünyaya qayıtmaq və günahlarının əvəzini çıxmaq arzu etdikləri öz əksini tapmışdır.
“Şura” surəsinin 44-cu ayəsində oxuyuruq: Zülmkarlar əzabı görən kimi deyərlər:


هَلْ اِلَى مَرَدِّ مِنْ سَبِیْل
 

“Qayıtmaq üçün bir yol varmı?”

 


“Zumər” surəsinin 58-ci ayəsində günahkar və imansız insanlar haqqında deyilir:

 


اَو تَقُولُ حِیْنَ تَرَى الْعَذابَ لَو اَنَّ لِی کَرَّهً فَاَکُونَ مِنَ الْمحْسِنِیْنَ
 

"Onlar əzabı görən zaman deyərlər: “Ey kaş dünyaya bir daha qayıda və yaxşılardan ola biləydim!”".

 


“Muminun” surəsinin 107-ci ayəsində həmin insanların dilindən deyilir:

 


رَبَّنا اَخْرِجْنا مِنْها فَاِنْ عُدْنا فَاِنّا ظالِمُونَ
 

 

“Ey Rəbbimiz, bizi buradan çıxar. Əgər bir daha (günahlara) qayıtsaq, deməli onda mütləq zalımıq.”

 


Bir qrup da ölüm mələklərini görən zaman Allahdan belə bir xahiş edərək deyərlər:

 


رَبِّ ارْجِعُونِ لَعَلِّى اَعْمَلُ صالِحاً فِیْما تَرَکْتُ
 

“Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə keçmişimin əvəzini çıxım və saleh işlər görüm.” (1)


Amma bütün yerlərdə onlar “kəlla” (əsla) sözü və ona bənzər ifadələrlə qarşılaşırlar.


Beləliklə, Quranda buyurulur: "Bu dünya həyatı təcrübədir və əsla bir kəs üçün təkrarlanmaz. “Əgər sərt əksül-əməllə qarşılaşsaq, qayıtmaq və əvəzini çıxmaq üçün yol açıqdır” – xam xəyalını başınızdan çıxarmalısınız. Əsla belə deyil!" Dəlili də aydındır. Çünki "təkamül" qanunu və onun gedişatında geriyə qayıtmaq mümkün deyil. Necə ki, bu qanuna əsasən həm təkamül dövranını anasının bətnində sona çatdırmış, həm də naqis şəkildə vaxtından qabaq düşmüş körpənin, ana bətninə qayıtması qeyri-mümkündür. Ölüm də bir növ ikinci təvəllüddür və belə bir dünyadan dünya aləminə qayıtmaq qeyri-mümkündür.


Bundan da əlavə, məcburi oyanışlar, əsla həqiqi oyanışa səbəb olmur. Onun səbəbləri sovuşan kimi unutqanlıq yenə qayıdır və həmin əməllər yenidən təkrar olunur. Həmin dünyada da bir çox insanlar haqqında bu hadisənin şahidi olmuşuq. İnsanlar həyatın çətin və təhlükəli anlarında Allahın lütfünə əl açır və tövbə qapısından içəri girirlər. Amma həmin tufan yatan kimi hər şeyi unudurlar. (2)

Peinevesht:

1. "Muminun" surəsi, ayə 99 və 100.
2. "Nümunə" təfsiri, cild 20, səh 61.
Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 4