CƏNNƏT ƏHLİ İLƏ ƏLAQƏ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

CƏNNƏT ƏHLİ İLƏ ƏLAQƏ

Sual : Cəhənnəm əhlinin Cənnət əhli ilə əlaqəsi olacaqmı?
Qısa cavab:

“Əraf” surəsindən də bu əlaqəni aydın şəkildə başa düşmək olur. Ayədə deyilir:

"Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: “Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?”. Deyəcəklər: “Bəli!” Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: “Allahın lənəti olsun zalımlara!”

Ətraflı cavab:

“Saffat” surəsinin 50-61-ci ayələrindən başa düşmək olur ki, bəzən Cənnətdə olanlarla cəhənnəmdəkilər arasında müəyyən əlaqələr olacaq. Sanki, yuxarıda yerləşən Cənnət əhli aşağıda qərarlaşan Cəhənnəm əhlinə baxacaq və onların vəziyyətindən xəbər tutacaq.
Şübhəsiz, bu məsələ Cənnətlə Cəhənnəmin bir-birinə yaxın məsafədə olduqlarına dəlil ola bilməz. Onlara elə bir qeyri-adi görmə qabiliyyəti veriləcək ki, məsafə və məkan anlayışlarından onun qarşısında söhbət gedə bilməz.  
Təfsir alimlərinin bəzi sözlərində deyilir: Cənnətdə Cəhənnəmi görmək mümkün olan bir pəncərə var. “Əraf” surəsindən də bu əlaqəni aydın şəkildə başa düşmək olur. Ayədə deyilir:


وَ نادى اَصْحابُ الْجَنَّهِ اَصْحابَ النّارِ اَنْ قَدْ وَجَدْنا ما وَعَدَنا رَبُّنا حَقًّا فَهَلْ وَجَدْتُمْ ما وَعَدَ رَبُّکُمْ حَقًّا قالُوا نَعَمْ فَاَذَّنَ مُوَذِّنٌ بَیْنَهُمْ اَنْ لَعْنَهُ اللّهِ عَلَى الظّالِمِینَ


"Və Cənnət əhli Cəhənnəm əhlini səsləyəcəklər ki: “Biz Rəbbimizin bizə vəd etdiyini doğru və sabit gördük, siz də Rəbbinizin sizə vəd etdiyi şeyi haqq və sabit gördünüzmü?”. Deyəcəklər: “Bəli!” Belə olduqda, onların arasında bir carçı səslənəcək ki: “Allahın lənəti olsun zalımlara!” (1) (2)

Peinevesht:

1. "Əraf" surəsi, ayə 44.
2. "Nümunə" təfsiri, cild 19, səh 78. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 15