Cəhənnəmə giriş CƏNNƏTƏ GİRİŞ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

Cəhənnəmə giriş CƏNNƏTƏ GİRİŞ

Sual : Günahkarları Cəhənnəmə necə daxil edərlər?
Qısa cavab:

“Haqqə” surəsində bu məsələyə işarə olunur:

 “Onu tutun və qandallayın. Sonra da onu şölələnmiş oda atıb yandırın!”.

 

Ətraflı cavab:

Şübhəsiz, onların Cəhənnəmə doğru aparılması təhqir, həqarət, zillət, ağrı və əzabla yanaşı olacaqdır. Quranın müxtəlif ayələrində bu haqda müxtəlif bəyanlar gözə dəyir:
“Haqqə” surəsinin 30 və 31-ci ayələrində oxuyuruq:


خُذُوهُ فَغُلُّوهُ * ثُمَّ الْجَحِیمَ صَلُّوهُ
 

“Onu tutun və qandallayın. Sonra da onu şölələnmiş oda atıb yandırın!”.


“Duxan” surəsinin 47-ci ayəsi belə buyurur:


خُذُوهُ فَاعْتِلُوهُ اِلى سَواءِ الْجَحِیمِ


"Onu tutun və zorla cəhənnəmin ortasına çəkin!"


Müxtəlif ayələrdə də sövq etdirmək və qovmaq sözlərinə rast gəlmək olar. Məsələn, “Məryəm” surəsinin 86-cı ayəsində buyurulur:


وَ نَسُوقُ الْمجْرِمِینَ اِلى جَهَنَّمَ وِرْداً


"Və günahkarları susuz (dəvələr kimi), Cəhənnəmə tərəf sürərik."


Əksinə, təqvalıları tam ehtiram və hörmətlə Cənnətə tərəf apararlar. İlahi mələklər onların pişvazına tələsər. Cənnətin qapıları onların üzünə açılar. Cənnətin keşikçiləri onlara “salam” və “xoş gəldin” deyərlər, onlara Cənnətdə ədəbi qalacaqları haqda müjdə verərlər. (1)


Beləliklə, yalnız Cənnət və Cəhənnəmi Allahın “məhəbbət” və “qəzəb” mənbəyi saymaq olmaz. Onların hər birinə girişin təntənəli olması da eyni mənanı əks etdirir. (2)

Peinevesht:

1. "Zumər" surəsi, ayə 73.
2. "Nümunə" təfsiri, cild 22, səh 434.
Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 5