MÜSƏLMANLAR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

MÜSƏLMANLAR

Sual : İslam insanı cəhənnəm əzabından necə qurtara bilər?
Qısa cavab:

Məhəmməd peyğəmbərindən (s) nəql olunur: "Cəhənnəm əhli cəhənnəmdə olan zaman bir qrup günahkar müsəlmanı da onlara qatarlar. Kafirlər onlara deyərlər:
−Məgər siz müsəlman deyildiniz?
−Bəli, müsəlman idik!
−Elə isə, sizin islamınızın sizə heç bir xeyri dəymədi! Siz də bizimlə bir yerdəsiniz.
−Bizim (böyük) günahlarımız var idi. O günahlara görə bu aqibətə düçar olmuşuq.
(Onların günahlarına etiraf etmələri və düşmənin məzəmməti səbəb olur ki,) Allah-taala əmr edir, cəhənnəmdə olan bütün imanlı və müsəlman şəxslər oradan çıxarılsın. Vəziyyəti belə görən kafirlər deyərlər: “Ey kaş, biz də İslamı qəbul edəydik!”

Ətraflı cavab:

Bu sualın cavabını “Hicr” surəsinin 2-ci ayəsindən almaq olar. Allah-taala bu aydın ilahi ayələrlə inad və müxalifətlərində israrlı olan insanlara xəbərdarlıq edir ki, bir gün gələcək, onlar öz inadkarlıq, kor-koranə təəssübkeşlik və küfrlərinin acı nəticəsindən peşman olacaqlar.

 
رُبَما یَوَدُّ الَّذِینَ کَفَرُوا لَوْ کانُوا مُسْلِمِینَ

 

"Bir çox kafirlər müsəlman olmalarını arzulayarlar."


Bu səbəbdən “Yəvəddu” (sevmək) kəlməsi “əl-Mizan” təfsirində deyildiyi kimi burada “təmənna etmək” və “arzu etmək” mənasında işlənmişdir.
Burada “ləv – لَوْ” bağlaylcısının (sözünün) işlənməsi onu göstərir ki, onlar geri qayıtmağa qadir olmadıqları bir vaxtda İslamı arzu edirlər. Bu da öz-özlüyündə bu arzunun o biri dünyada − əməllərinin nəticələrini müşahidə edərkən olduğunu göstərir.


Bu zəmində İmam Sadiqdən (əleyhis-salam) nəql olunmuş bir hədis sözügedən təfsiri tam şəkildə təsdiqləyir:


یُنادِى مُناد یَوْمَ الْقِیامَهِ یَسْمَعُ الْخَلائِقُ اِنَّهُ لایَدْخُلُ الْجَنَّهَ اِلاّ مُسْلِمٌ فَثَمَّ یَوَدُّ سائِرُ الخَلائِقِ اِنَّهُمْ کانُوا مُسْلِمِیْنَ


"Qiyamət günündə bir nəfər hamının eşidəcəyi şəkildə formada səslənər (ki, bu gün) İslam gətirən insanlardan başqa heç kəs cənnətə daxil olmaz. Bu an sair insanlar arzu edərlər: “Ey kaş müsəlman olaydıq!”"


Həmçinin, böyük İslam peyğəmbərindən (sallallahu əleyhi və alih) nəql olunur: "Cəhənnəm əhli cəhənnəmdə yığılan zaman bir qrup günahkar müsəlmanı da onlara qatarlar. Kafirlər onlara deyərlər:
−Məgər siz müsəlman deyildiniz?
−Bəli, müsəlman idik!
−Elə isə, sizin islamınızın sizə heç bir xeyri dəymədi! Siz də bizimlə bir yerdəsiniz.
−Bizim (böyük) günahlarımız var idi. O günahlara görə bu aqibətə düçar olmuşuq.
(Onların günahlarına etiraf etmələri və düşmənin məzəmməti səbəb olur ki,) Allah-taala əmr edir, cəhənnəmdə olan bütün imanlı və müsəlman şəxslər oradan çıxarılsın. Vəziyyəti belə görən kafirlər deyərlər: “Ey kaş, biz də İslamı qəbul edəydik!” (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 11, səh. 19. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 7