CƏNNƏTDƏN MƏHRUM OLMAQ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

CƏNNƏTDƏN MƏHRUM OLMAQ

Sual : Cəhənnəm əhli cənnət nemətlərindən istifadə edə biləcəklərmi?
Qısa cavab:

Quran ayəsində cəhənnəm əhli cənnət əhlindən su və ya digər nemətlər istəyəndə cənnətdəkilər onların bu istəyini rədd edərək deyərlər: “Həqiqətən, Allah onları kafirlərə haram etmişdir.”

 

Ətraflı cavab:

“Əraf” surəsi 50-ci ayədə Allah-taala bu barədə buyurur:


وَ نادى اَصْحابُ النّارِ اَصْحابَ الْجَنَّهِ اَنْ اَفیضُوا عَلَیْنا مِنَ الْماءِ اَوْ مِمّا رَزَقَکُمُ اللّهُ
 

"(Acınacaqlı bir vəziyyətdə olan) Cəhənnəm əhli Cənnət əhlini səsləyəcək ki: “Su və ya Allahın sizə verdiyi ruzidən bizə bağışlayın!”".


Bəli, onlar Cənnət əhlindən Cənnətin su və ərzaqından diləyirlər ki, öz yanğınlarını söndürsünlər, ağrılarını azaltsınlar, lakin dərhal cənnətdəkilər onların bu istəyini rədd edərək deyərlər:


قالُوا اِنَّ اللّهَ حَرَّمَهُما عَلَى الْکافِرینَ
 

“Həqiqətən, Allah onları kafirlərə haram etmişdir.”


Onların dedikləri bu cümlədən aydın olur ki, Cənnət əhlinin bu nemətləri verməyə etirazları yoxdur. Bu nemətləri verməklə onlardan bir şey azalmaz və ürəklərində heç kəsə, hətta düşmənlərinə qarşı kin-küdurət yoxdur. Lakin cəhənnəm əhlinin vəziyyəti elədir ki, Cənnətin nemətlərindən bəhrələnə bilmirlər. Bu qadağa həqiqətdə bir növ təbiət qanunudur. Necə ki, xəstələr də bir çox ləziz və növbənöv yeməkləri yeyə bilmirlər. (1)

 

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 6, səh 236. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 4