ODA GÖSTƏRİLƏRKƏN

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

ODA GÖSTƏRİLƏRKƏN

Sual : Zülmkar insanların oda təslim edilərkən halları necə olacaq?
Qısa cavab:

Quran ayəsindən aydın olur ki, onları zillət və xarlıq içində, qorxudan düşdükləri itaətkar bir vəziyyətdə cəhənnəm oduna göstərərlər."

 

Ətraflı cavab:

“Şura” surəsinin 45-ci ayəsində bu suala cavab tapmaq olar. Ayədə belə buyurulur:


وَ تَراهُمْ یُعْرَضُونَ عَلَیْها خاشِعِینَ مِنَ الذُّلِّ یَنْظُرُونَ مِنْ طَرْف خَفِیّ

 

 

"Onları zillət və xarlıq halında itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən."


Qorxu və iztirab onların bütün vücudlarına hakimdir. Varlıqlarını başdan-başa xarlıq və acizlik bürümüşdür. Artıq o təkəbbür, lovğalıq, inadkarlıq, tüğyan, zülm, diktatorluq, məzlumlara əzab-əziyyət verməkdən heç bir xəbər yoxdur. Onlar, altdan-altdan Cəhənnəm oduna tərəf boylanırlar.


Bu, bir şeydən çox qorxan, amma gözlərini tam açıb onu görmək istəməyən, eyni halda ondan yayına da bilməyən, çarəsiz qalıb həmişə gözünün ucu ilə gizlincə özünü ondan gözləyən bir insanın halının təsviridir.
Bəzi təfsirçilər demişlər ki, “Tərfun xəfiyy” dedikdə burada onların yarıaçıq gözlərlə baxması nəzərdə tutulur. Çünki şiddətli qorxunun gücündən gözlərini tam açmağa qadir deyillər. Yaxud da o qədər zəifdirlər ki, hətta gözlərini tam açmağa halları yoxdur. İnsanın halı əgər oda daxil olmazdan öncə belə olsa, görün, cəhənnəmə tam girəndən və ağrılı əzaba düçar olandan sonra başına nələr gələcək?

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 20, səh 500. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 11