ALLAHIN XİTAB ETMƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

ALLAHIN XİTAB ETMƏSİ

Sual : Cəhənnəmin şüursuz bir varlıq olmasına baxmayaraq, Qiyamət günü Allah ona necə xitab edəcək?
Qısa cavab:

Bəzi ayələrdə axirətdə cəhənnəmə xitab olunacaq və o da cavab verəcək. Bunu üç cür izah etmək olar. Birincisi, bu, bir növ bənzətmə və onun vəziyyəti barədə açıqlamadır. İkincisi, axirət dünyası həqiqi həyat və yaşayış dünyasıdır. Hətta cənnət və cəhənnəm kimi varlıqlar da bir növ həyat, dərk və şüura malik olacaqlar. Üçüncüsü, xitab olunanlar cəhənnəmin məmur və keşikçiləridir. Məhz onlar xitabın cavabını verəcəklər.

 

Ətraflı cavab:

Bu suala üç müxtəlif cavab verilmişdir:
Birincisi, bu, bir növ bənzətmə və onun vəziyyəti barədə açıqlamadır. Yəni, Allah-taala “təkvin” (təbiət qanunu) dili ilə cəhənnəmdən sual edir. O da məcazi bir dil ilə öz halından xəbər verir. Müxtəlif dünya dillərində də belə ifadələrlə rastlaşmaq olar.
 İkincisi, axirət dünyası həqiqi həyat və yaşayış dünyasıdır. Hətta cənnət və cəhənnəm kimi varlıqlar da bir növ həyat, dərk və şüura malik olacaqlar. Cənnət möminləri səbirsizliklə gözləyir. Cəhənnəm isə günahkarların intizarındadır.


İnsanın bədən üzvlərinin dilə gəlib danışdığı və şahidlik etdiyi bir yerdə, cənnət və cəhənnəmin də belə olması təəccüblü deyil. Əksinə, bəzi alimlərə görə, bu dünyada da təbiət və aləmin bütün zərrələri müəyyən formada dərk və şüura malikdirlər. Ona görə də, Allaha təsbih və həmd edirlər. Bu təsbih və həmd müxtəlif ayələrdə öz əksini tapmışdır.
Digər təfsirlərdən biri də belədir ki, xitab olunanlar cəhənnəmin məmur və keşikçiləridir. Məhz onlar xitabın cavabını verəcəklər.
Birinci təfsir nəzərə daha münasib görünsə də, digər açıqlama və təfsirlər də məqbuldur. (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 22, səh 284. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 5