CƏNNƏTDƏ ƏBƏDİLİK VƏ “Hud”SURƏSİNİN 108-ci AYƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

CƏNNƏTDƏ ƏBƏDİLİK VƏ “Hud”SURƏSİNİN 108-ci AYƏSİ

Sual : “Hud” surəsinin 108-ci ayəsi "əbədilik" məsələsi ilə ziddiyyət təşkil edirmi? Bizim əqidəmizə görə, cənnətə daxil olan insanlar bir daha oradan çıxmayacaq və əbədi olaraq orada qalacaqlar. Çoxsaylı ayələr bu məsələni (cənnətdə əbədilik) birmənalı şəkildə sübuta yetirir, lakin “Hud” surəsinin 108-ci ayəsindən ilk baxışda əbədilik başa düşülmür. Ayə belədir: وَاَمَّا الَّذِینَ سُعِدُوا فَفِى الْجَنَّهِ خَالِدِینَ فِیهَا مَا دَامَتِ السَّماوَاتِ وَ الاَرْضُ اِلاَّ مَاشَاَ رَبُّکَ عَطَاً غَیْرَ مَجْذُوذ " Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. Göylər və yer durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. Bu, ardı-arası kəsilməyən bir bəxşişdir." “Rəbbinin istədiyi şey istisna olmaqla” cümləsindəki istisna onu göstərir ki, bir gün Allah onların o nemət diyarından çıxarılmasını da istəyə bilər. Halbuki, digər ayələrdə onların heç bir zaman cənnətdən çıxmayacaqlarının şahidi oluruq. Belə olan təqdirdə, sözügedən ayənin mənasını necə başa düşmək olar?
Qısa cavab:

“Hud” surəsində deyilir ki, göylər və yer durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. Bu, ardı-arası kəsilməyən bir bəxşişdir.

Təfsirçilərə görə Allah-taala əbədi cənnətlə bağlı vəd vermiş və əsla öz vədinə xilaf çıxmayacaq. Lakin bir çoxlarının zehnində belə təsəvvür yaranmamalıdır ki, bu qəti vəd ilə artıq iş bitmiş və hər şey Allahın əlindən çıxmışdır. O hətta onları cənnətdən çıxarmağa və nemətləri onların əllərindən geri almağa da qadir deyil.

Ətraflı cavab:

Şübhəsiz ki, Allah-taala yaxşı insanlara bir çox ayələrdə daimi cənnəti vəd vermişdir və vədəsinə heç vaxt xilaf çıxmayacaq. Allah-taala özü bu barədə buyurur:


وَعْدَ اللَّهِ لا یُخْلِفُ اللَّهُ وَعْدَهُ


"Bu, Allahın vədəsidir, Allah əsla Öz vədəsinə xilaf çıxmaz." (1)


Sadəcə bir çoxlarının zehnində belə təsəvvür yarana bilər ki, bu qəti vədə ilə artıq iş bitmiş və hər şey Allahın əlindən çıxmışdır. O hətta onları cənnətdən çıxarmağa və nemətləri onların əllərindən geri almağa da qadir deyil. Elmi dillə desək, bu qəti qəza Allahın qüdrətini məhdudlaşdıracaq və onun qüdrət dairəsini kiçildəcəkdir. Bu səbəbdən Allah-taala “Rəbbinin istədiyi şey istisna olmaqla” cümləsi ilə bu həqiqətə təkid edir ki, o, əbədi cənnətlə bağlı vəd vermiş və əsla öz vədinə xilaf çıxmasa da belə, bu məsələ onun qüdrətindən nəyisə azaltmır, bütün yaranmışların ixtiyar sahibi yenə də odur, nə istəsə onu edə bilər. Onun qüdrəti hər bir şey haqqında qüvvədədir.
“Rəbbinin istədiyi şey istisna olmaqla” cümləsi eynilə sonrakı ayədə cəhənnəm əhlinə əbədi əzab vəd edilərkən təkrar olunur. Səbəbi də yuxarıdakı ayədə qeyd olunan səbəblə eynidir.
Sözügedən təfsiri təsdiq edən əlamətlərdən biri də ayənin sonunda yer alan “Bu, ardı-arası kəsilməyən bir bəxşişdir” cümləsidir. Bu cümlədə deyilir ki, bu, Allahın əsla ondan ayrılmayan daimi və dəyişməz bəxşişidir. (2)

Peinevesht:

1. "Rum" surəsi, ayə 6.
2. “Dini suallara cavab”, Məkarim Şirazi və Cəfər Sübhani, səh. 524. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/17 »
Tags
Quran C?nn?t
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 19