RUHLARIN ALINMASI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

RUHLARIN ALINMASI

Sual : İnsanın ruhu necə alınır?
Qısa cavab:

Qurani-Kərimin bəzi ayələrinə görə bu vəzifəni öhdəsinə götürmüş çox sayda mələklər var. Onlara insanların ruhlarını bu dünyadan o dünyaya köçürmək əmr olunmuşdur. Digər ayədə də bu vəzifənin ölüm mələyinə aid edildiyini görürük. Bəzi ayələrdə isə ruhun alınmasının Allahın özünə aid edildiyini (ruhların Allahın özü tərəfindən alındığını) görürük.

Ətraflı cavab:

Qurani-kərimdə ölüm və “təvəffa” haqqında olan ayələri (12 ayə) araşdırdıqda məlum olur ki, ruhların alınması müəyyən bir mələk vasitəsilə gerçəkləşmir. Bu vəzifəni öhdəsinə götürmüş çox sayda mələklər var. Onlara insanların ruhlarını bu dünyadan o dünyaya köçürmək əmr olunmuşdur. Cəm formasında “məlaikə” sözü qeyd olunan ayə də bu məsələyə əyani sübutdur.
Ondan əlavə, “Ənam” surəsinin 61-ci ayəsində deyilir:


حَتّى اِذا جاءَ اَحَدَکُمُ الْمَوتُ تَوَفَّتْهُ رُسُلُنا


"Sizlərdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz onun canını alırlar."


Bəzi ayələrdə bu vəzifənin ölüm mələyinə ("Mələkul-movt"a) aid edildiyini də görürük və (1) o da ruhları almaq tapşırılan mələklərin başçıları olduğuna görədir. Bu mələk hədislərdə Əzrail adlanır.
Bu səbəbdən bəzi insanların verdiyi “Bir mələyin eyni anda hər yerdə hazır olması və çox sayda insanların ruhunu alması necə mümkün ola bilər?” sualının cavabı tamamilə aydınlaşır.
Bundan da əlavə, hətta mələklərin sayları çox olmasa, yalnız bir mələk olsa da yenə də müşkül yaratmır. Çünki onun mücərrəd vücudu fəaliyyət dairəsinin həddən artıq geniş olmasını tələb edir. Mücərrəd bir varlıq maddi dünyanı geniş formada əhatə edə bilər.
Ölüm mələyi haqqında olan bir hədisdə İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur: "Peyğəmbər (sallallahu əleyhi və alih) onun dünyaya olan əhatəsi barəsində soruşarkən, o (ölüm mələyi) belə cavab verdi:


مَا الدُّنْیا کُلُّها عِنْدِى فِیْما سَخَّرَهَا اللّهُ لِى وَ مَکَّنَنِى عَلَیْها اِلاّ کَالدِّرْهَمِ فِى کَفِّ الرَّجُلِ یُقَلِّبُهُ کَیْفَ یَشاءُ


"Allahın mənə bəxş etdiyi hökmranlıq və əhatə ilə bu dünya və onda olanlar mənim üçün insan əlində olan pul sikkəsi kimidir, hansı tərəfə istəsə fırladar."


Bəzi ayələrdə isə, ruhun alınmasının Allahın özünə aid edildiyini (ruhların Allahın özü tərəfindən alındığını) görürük. Məsələn:


اللّهُ یَتَوَفَّى الاَنْفُسَ حِیْنَ مَوْتِها


"Allah ölüm zamanı insanların canlarını alar."(2)


Qeyd etmək lazımdır ki, bu kimi ayələr öncəki ayələrlə heç bir ziddiyyət təşkil etmir. Çünki hər hansı bir iş vasitə tərəfindən görülərsə, bəzən onu vasitənin etdiyini deyirlər, bəzən isə səbəb və vasitələrdən istifadə edən şəxsin hesabına yazırlar. İşi hər ikisinə aid etmək doğrudur.
Maraqlısı budur ki, Quranda dünya hadisələrinin çoxu Allahın varlıq aləmində məmurları olan mələklər tərəfindən gerçəkləşdiyi deyilir.
Bildiyimiz kimi, mələyin geniş mənası var, aqil mücərrəd varlıqlardan tutmuş təbii güc və enerjiləri onun dairəsinə daxil etmək olar. (3)

Peinevesht:

1. "Səcdə" surəsi, ayə 11.
2. "Zumər" surəsi, ayə 42.
3. "Nümunə" təfsiri, cild 4, səh 117. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/18 »
Tags
?nsan Ruh
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 4