ÖLÜMÜ YAD ETMƏK

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

ÖLÜMÜ YAD ETMƏK

Sual : Ölümü yad etməyin nə kimi faydaları vardır?
Qısa cavab:

Ölümü yada salmaq şəhvət və nəfsani istəklərin sınmasında, bir-birindən uzun arzulara son vermək, qəlb aynasından qəflət paslarının silinməsində müstəsna rola malikdir.

Ətraflı cavab:

Ölüm, axirət və əbədi həyat aləminə qapıdır. Belə ki, Həzrət Əlidən (əleyhis-salam) nəql olunan bir hədisdə deyilir: “Hər evin qapısı var, axirət evinin qapısı da ölümdür.”
Bəli, ölümü yada salmaq şəhvət və nəfsani istəklərin sınmasında, bir-birindən uzun arzulara son vermək, qəlb aynasından qəflət paslarının silinməsində heyrətamiz rola malikdir. Bu səbəbdən İmam Sadiqdən (əleyhis-salam) nəql olunun bir hədisdə deyilir: “Ölümü yada salmaq nəfsin üsyançı istəklərini insanın daxilində öldürür, qəflətin kökünü insanın ürəyindən qoparır, qəlbə ilahi vədlərlə güc verir, insanın təbiətinə lətafət gətirir, şəhvətpərəstliyin əlamətlərini alt-üst edir, tamah atəşini söndürür, dünyanı insanın nəzərində kiçildir. Bu, Peyğəmbərin (sallallahu əleyhi və alih) “Bir saat fikirləşmək, bir il ibadətdən üstündür.” buyurduğu hədisin izahıdır. (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 25, səh 315. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/18 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 15