ÖMRÜN QISA VƏ UZUN OLMASINDA MƏNƏVİ AMİLLƏR

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

ÖMRÜN QISA VƏ UZUN OLMASINDA MƏNƏVİ AMİLLƏR

Sual : İnsan ömrünün qısa və uzun olmasında hansı amillər rol oynayır?
Qısa cavab:

İslam qaynaqlarındakı hədislərdə dəqiqliklə bu məsələyə işarə olunmuşdur: Məsələn hədisdə qeyd olnur ki, Allah yolunda sədəqə vermək və sileyi-rəhim (qohumları yoxlamaq) evi abad və ömrü uzun edər. Digər hədisdə isə belə nəql olunur:
"Hər kəs ruzisinin bol olmasını və əcəlinin təxirə düşməsini istəyirsə sileyi-rəhim etsin."

Həmçinin zina kimi bir çox günahlar haqqında hədislər var ki, bu günahlar insanın ömrünü azaldar.

Ətraflı cavab:

Bir sıra təbii amillər insan ömrünün qısalmasına və ya uzanmasına təsir göstərə bilər. Onların çoxu hal-hazırda bəşər övladına məlumdur. Məsələn, ifrat və təfrit olmadan doğru qidalanma, davamlı iş və hərəkət, hər hansı uyuşdurucu maddədən və təhlükəli aludəçiliklərdən, spirtli içkilərdən çəkinmək, daimi həyəcanlardan uzaq olmaq, həyatın eniş-yoxuşunda insana sakitlik verəcək güclü imana malik olmaq.
 Lakin bunlardan əlavə başqa amillər də vardır ki, onların uzun ömürlə zahiri əlaqəsi bizə o qədər də aydın deyil. Amma İslam qaynaqlarındakı hədislərdə dəqiqliklə onun üzərində təkid olunmuşdur. Nümunə olaraq bir neçə hədisə diqqət yetirin:


1) Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:


اِنَّ الصَّدَقَهَ وَ صِلَهَ الرَّحِمِ تَعْمُرانِ الدِّیارِ، وَ تَزِیدانِ فِى الاَعْمارِ


"Allah yolunda sədəqə vermək və sileyi-rəhim (qohumları yoxlamaq) evi abad və ömrü uzun edər.


2) Digər hədisdə Həzrətdən (s) belə nəql olunur:


مَنْ سَرَّهُ اَنْ یَبْسُطَ فِى رِزْقِهِ وَ یُنْسى لَهُ فِى اَجَلِهِ فَلْیَصِلْ رَحِمَهُ


"Hər kəs ruzisinin bol olmasını və əcəlinin təxirə düşməsini istəyirsə sileyi-rəhim etsin."


3) Zina kimi bir çox günahlar haqqında hədislər var ki, bu günahlar insanın ömrünü azaldar. O cümlədən, Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan məşhur bir hədisdə deyilir:

 
 یا مَعْشَرَ الْمُسْلِمِینَ اِیّاکُمْ وَ الزِّنا فَاِنَّ فِیْهِ سِتَّ خِصال: ثَلاثٌ فِى الدُّنْیا، وَ ثَلاثٌ فِى الآخِرَهِ، اَمَّا الَّتِى فِى الدُّنْیا فَاِنَّهُ یَذْهَبُ بِالْبَهاء، وَ یُورِثُ الْفَقْرَ، وَ یَنْقُصُ الْعُمْرَ

 

"Ey müsəlmanlar! Zinadan uzaqlaşın! Zinanın altı mənfi nəticəsi var. Onların üçü bu dünyada, üçü də axirətdədir. Dünyada olan üç nəticə bunlardır: İnsanın dəyər və nuraniliyini aradan aparar. Fəqirlik və kasıbçılıq gətirər, insanın ömrünü azaldar..."


4) İmam Baqir (əleyhis-salam) buyurur:  


الْبِرُّ وَ الصَّدَقَهُ السِّرِّ یَنْفِیانِ الْفَقْرَ وَ یَزِیدانِ فِی الْعُمُرِ وَ یَدْفَعانِ سَبْعِیْنَ مِیتَهَ السَّوْءِ


"Xeyirxahlıq və gizli yaxşılıq və infaq fəqirliyi aradan qaldırar, ömrü uzadar, yetmiş cür pis ölümdən saxlayar."


Zülm kimi digər günahlar və ümumiyyətlə, bütün günahlar barəsində hədislər və işarələr var.
“Mütləq əcəl” ilə “asılı əcəl”ə fərq qoya bilməyən bəzi təfsir alimləri bu kimi hədislərə etiraz etmiş və onları insan ömrünü sabit və dəyişməz sayan Quran ayələrinə zidd hesab etmişlər.


Bunu belə izah etmək olar:
Şübhəsiz ki, insanın iki əcəli var. Onlardan biri mütləq və dəyişməz əcəldir. Mütləq əcəl insanın bədəninin bu dünyada qalmaq üçün istedadının sonudur. Bu əcəlin vaxtı çatan kimi Allahın fərmanı ilə hər şey sona çatır.
Digər əcəl isə “Asılı əcəl”dir, yəni müəlləq əcəldir. Bu əcəl şərait dəyişdikcə dəyişə bilər. Misal üçün bir insan özünə qəsd edir. Halbuki, bu böyük günahı etməsəydi, çox illər yaşayacaqdı. Yaxud da spirtli içkilərə, narkotik maddələrə, hədsiz şəhvətpərəstliyə qurşandığı üçün öz cismani qüvvəsini qısa müddətdə itirir. Belə ki, bu işlər olmasaydı, daha çox yaşaya bilərdi.
Bu sadaladıqlarımız hamı üçün dərk və təcrübə ediləsi məsələlərdəndir. Heç kim onları inkar edə bilməz.


Gözlənilməz hadisələrin içində də asılı və şərti əcələ aid olan bir çox hallar var ki, onu da inkar etmək mümkün deyil. Buna görə də, əgər çoxsaylı hədislərdə Allah yolunda xərcləməyin və ya sileyi-rəhimin ömrü uzatdığından və bəlaları dəf etdiyindən söhbət açılırsa, həqiqətdə sözügedən amillər nəzərdə tutulur.
Hər zaman biz bu iki növ əcəli bir-birindən ayırmasaq, qəzavü-qədər, insanların həyatında cihad, çalışmaq, zəhmətlə bağlı bir çox məsələlərin dərki mümkün olmayacaq.


Bu bəhsə sadə bir misalın fonunda aydınlıq gətirmək olar. Fərz edək ki, insan yeni bir avtomobil alıb. Bu avtomobilin dözümü ilə əlaqədar ekspertlərin verdikləri proqnozlara görə, onun 20 il ömrü var. Amma bu şərtlə ki, onun qayğısına qalsınlar, qorusunlar. Bu halda avtomobilin mütləq əcəli qeyd olunan 20 ildir. Amma lazımi qədər qeydinə qalmasalar, onun məlumatsız və diqqətsiz insanların əlinə versələr, gücündən və tutumundan daha artıq ondan iş çəksələr, asfaltı olmayan daşlı-çınqıllı yollarda hər gün istifadə etsələr, onun 20 il ömrü yarıya və ya onda birə düşə bilər. Bu, sözügedən asılı (müəlləq, şərti) əcəldir.
Təəccüblüdür ki, bəzi təfsir alimləri bu məsələ qədər aydın bir məsələyə nə üçün diqqət etməmişlər. (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 18, səh 227. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/18 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 12