QAYITMAQ ARZUSU

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

QAYITMAQ ARZUSU

Sual : Günahkarların ölümdən sonra ilk arzuları nə olacaq?
Qısa cavab:

“Şüəra” surəsinin 203-cü ayəsinə görə onlar möhlət istəyərlər. Digər ayədə onların dilindən belə deyilir: "Kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!" Başqa bir ayədə də onlar belə deyirlər: "Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun rəsuluna tabe olaydıq!"

Ətraflı cavab:

Ölüm anından etibarən günahkarın ah-naləsi başlayır, qayıtmaq arzusu onların ruhlarında alovlanır. Onlar qayıtmaq üçün faydasız ah-fəryad çəkər, qəbul olunmaz dualar edərlər.
Quran ayələrində bu haqda çox nümunələrin şahidi oluruq. Onun ən aydın nümunəsi “Şüəra” surəsinin 203-cü ayəsidir. Ayədə buyurulur:

 
  هَلْ نَحْنُ مُنْظَرُونَ

 

"Bizə möhlət veriləcəkmi?"


“Ənam” surəsinin 27-ci ayəsində deyilir:


یا لَیْتَنا نُرَدُّ وَ لاْ نُکَذِّبُ بِآیاتِ رَبِّنا
 

"Kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!"


“Əhzab” surəsinin 66-cı ayəsində deyilir:

 


یا لَیْتَنا اَطَعْنَا اللّهَ وَ اَطَعْنَا الرَّسُولاَ
 

"Kaş ki, (dünyada) Allaha itaət edəydik və Onun rəsuluna tabe olaydıq!"


“Muminun” surəsinin 99 və 100-cü ayələrində oxuyuruq:

 


 حَتّى اِذا جاءَ اَحَدَهُمُ الْمَوْتُ قالَ رَبِّ ارْجِعُونِ * لَعَلِّی اَعْمَلُ صالِحاً فِیما تَرَکْتُ


"(Günahkarların vəziyyəti bu cür davam edəcək) Nəhayət, onlardan birinin ölümü çatan zaman deyər: “Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə keçmişimin əvəzini çıxım və saleh işlər görüm!”"


Həmçinin “Ənam” surəsinin 27-ci ayəsində oxuyuruq:


وَ لَوْ تَرى اِذْ وُقِفُوا عَلَى النّارِ فَقالُوا یا لَیْتَنا نُرَدُّ وَ لا نُکَذِّبَ بِآیاتِ رَبِّنا وَ نَکُونَ مِنَ الْمُوْمِنِینَ


"Günahkarların odun (atəşin) kənarında saxlanıldıqları zamanı görsən, onlar “kaş ki, (dünyaya) qaytarılaydıq, bir daha Rəbbimizin ayələrini təkzib etməyəydik və möminlərdən olaydıq!” deyərlər."


Lakin aydındır ki, bu qayıdış ilahi qanunlarda qeyri-mümkündür. Kal bir meyvə ağacdan qırılıb düşəndə onu ağaca, dünyaya naqis gəlmiş körpəni ana bətninə qaytarmaq mümkün olsaydı, belə bir qayıdış mümkün ola bilərdi!
Bu səbəbdən ən məntiqi yol bu peşmançılığın qarşısını fürsət varkən saleh əməllər görmək və günahlardan tövbə etməklə almaqdır. Yerdə qalanı mənasızdır. (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 15, səh 382. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/18 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 29