ÖLÜMÜN MƏSTLİYİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

ÖLÜMÜN MƏSTLİYİ

Sual : Quranda insanın can verməsi necə təsvir olunur?
Qısa cavab:

Ölüm çox mühüm bir keçiddir. İnsanın həmin anda uzun illər boyu adət etdiyi dünya ilə bütün əlaqələri kəsilir və o özünə tamamilə yeni və əsrarəngiz olan bir dünyaya qədəm qoyur. Bu dünyanın qeyri-sabit olduğunu öz gözləri ilə görür, ölümdən sonrakı hadisələri az-çox müşahidə edir. Məhz bu vaxt onu başdan-ayağa böyük bir dəhşət bürüyür və sərxoşluğa bənzər bir hala düşür, lakin sərxoş deyil.

Ətraflı cavab:

Quranda insanın canvermə anları “ölüm məstliyi” adlandırılır:


وَ جاءَتْ سَکْرَهُ الْمَوْتِ بِالْحَقِّ
 

"Ölüm məstliyi həqiqətən gələr." (1)
 

“Ölüm məstliyi” sərxoşluğa bənzər bir haldır və ölümün vaxtı çatarkən insanın canına qeyri-adi bir həyəcan və çaxnaşma salar. Bəzən ağlına üstün gələr, onu şiddətli iztiraba salar. Başqa cür ola da bilməz! Çünki ölüm çox mühüm bir keçiddir. İnsanın həmin anda uzun illər boyu adət etdiyi dünya ilə bütün əlaqələri kəsilir və o özünə tamamilə yeni və əsrarəngiz olan bir dünyaya qədəm qoyur.


Xüsusilə də, ölüm ayağında insan yeni baxış və yeni dərk qazanır. Bu dünyanın qeyri-sabit olduğunu öz gözləri ilə görür, ölümdən sonrakı hadisələri az-çox müşahidə edir. Məhz bu vaxt onu başdan-ayağa böyük bir dəhşət bürüyür və sərxoşluğa bənzər bir hala düşür, lakin sərxoş deyil.
 Hətta peyğəmbərlər və Allah adamları ölüm halında tam aram olsalar da, bu keçid anının çətinliklərindən payları var. Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, mübarək ömrünün sonlarında əlini su qabına salır, üzünə çəkir, “La İlahə illəllah” deyərək buyurardı:


اِنَّ لِلْمَوْتِ سَکَرات


"Ölümün məstlikləri (bihuşluğu) var."


Əli (əleyhis-salam) ölüm anını və bihuşluğunu dolğun kəlamı ilə belə ifadə edir:
“Ölümün bihuşluğu dünya nemətlərini itirdiklərinə görə, həsrətlə yanaşı onlara hücum edər. Bədən üzvləri süstləşər və çöhrələrindən rəngləri qaçar.
Yavaş-yavaş ölüm onlara nüfuz edər, hələ öz ailəsinin arasında olsa da, gözləri ilə görsə də, qulaqları ilə eşitsə də, şüur və düşüncələri öz yerində olsa da, dillərini onlardan ayırar (danışa bilməzlər).


O, bu an ömrünü hansı yolda itirdiyini fikirləşər. Həyatını hansı yolda keçirdiyini düşünər. Halal,  haram, şübhəli yolla topladığı və məsuliyyətini çiyinlərində çəkdiyi mal-dövlətini yada salar.
Budur, onlardan ayrılıq vaxtı gəlib çatmışdır! Mal-dövləti varislərinin əlinə düşməkdədir. Malı xərcləyib bəhrə götürən onlar, məsuliyyətini və hesab-kitabını çəkən isə o!” (2)

Peinevesht:

1. "Qaf" surəsi, ayə 19.
2. "Nümunə" təfsiri, cild 22, səh 263.

Nəşr tarixi: « 1397/07/18 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 7