İNANCLI İNSANIN CANININ ALINMASI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İNANCLI İNSANIN CANININ ALINMASI

Sual : Mömin insanın ruhu necə alınır?
Qısa cavab:

Rəvayətə görə ölüm mələyi mömin bir insanın ruhunu almaq üçün gəldikdə, o, narahatçılıq göstərərsə, ölüm mələyi deyər: “Ey Allahın dostu, narahat olma! And olsun Məhəmmədi peyğəmbərliyə göndərən Allaha, mən sənə atadan mehribanam. Gözlərini yaxşı aç və gör.”

Ətraflı cavab:

Bu suala cavab vermək üçün “Kafi” kitabında İmam Sadiqdən (əleyhis-salam) nəql olunan bir hədisə işarə etmək yaxşı olar. Hədisdə yazılır:
İmam Sadiqin (əleyhis-salam) səhabələrindən biri soruşdu:
− Mömin bir insan canının alındığına görə narahat ola bilərmi?


İmam belə buyurdu:
− Əsla! And olsun Allaha, ölüm mələyi onun ruhunu almaq üçün gəldikdə, o, narahatçılıq göstərərsə, ölüm mələyi deyər: “Ey Allahın dostu, narahat olma! And olsun Məhəmmədi peyğəmbərliyə göndərən Allaha, mən sənə atadan mehribanam. Gözlərini yaxşı aç və gör.”


 O, gözlərini açıb baxar. Allahın rəsulunu (sallallahu əleyhi və alih), Əmirəl-möminini (əleyhis-salam), Fatiməni (əleyha salam), Həsəni (əleyhis-salam) və Hüseyni (əleyhis-salam) və onun nəslindən olan imamları görər.
Mələk ona deyər: “Bax, Allahın rəsulu, Əmirəl-möminin, Fatimə, Həsən, Hüseyn və imamlar (əleyhimus-salam) sənin dostlarındır. Qəflətən carçı uca Allahın tərətindən nida edər:

 
یا اَیَّتُهَا النَّفْسُ الْمُطْمئِنَّه

 


İnsan üçün bu anlarda ruhunun mümkün qədər tez bədənindən ayrılıb bu nidaya qoşulmasından daha şirin bir şey yoxdur. (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 26, səh 494. Nəşr tarixi: « 1394/01/29 »

Nəşr tarixi: « 1397/07/18 »
Tags
insan M?min
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 2