CAN VERMƏK

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

CAN VERMƏK

Sual : İnsan can verərkən nələr yaşayır?
Qısa cavab:

Rəvayətə görə insanlar dünyadan gedəndə həsrət hər tərəfdən onlara hücum edər. Bədən üzvləri süstləşər və çöhrələrindən rəngləri qaçar.
Sonra ölüm caynaqları onlara daha artıq nüfuz edər. Öz ailəsinin arasında olsa da, gözləri ilə görsə də, qulaqları ilə eşitsə də dil açıb danışa bilməz. O, bu an ömrünü hansı yolda puç etdiyini fikirləşər. Həyatını hansı yolda keçirdiyini düşünər.

Ətraflı cavab:

Həzrət Əli (əleyhis-salam) canvermə və dünya nemətlərindən ayrılıq anlarını öz nurani kəlamlarında ən aydın formada ifadə edir:
“Ölümün məstlıyinə və dünya nemətlərini itirdiklərinə görə, həsrət hər tərəfdən onlara hücum edər. Bədən üzvləri süstləşər və çöhrələrindən rəngləri qaçar.
Sonra ölüm caynaqları onlara daha artıq nüfuz edər. Öz ailəsinin arasında olsa da, gözləri ilə görsə də, qulaqları ilə eşitsə də dil açıb danışa bilməz.


O, bu an ömrünü hansı yolda puç etdiyini fikirləşər. Həyatını hansı yolda keçirdiyini düşünər. Halal və harama diqqət etmədən, hansı yol ilə qazandığına əhəmiyyət vermədən yığdığı mal-dövlətini yada salar.
Həsrətlə barmağını dişləyər və peşmançılıqdan əlini gəmirər. Ölüm zamanı ona elə şeylər aydınlaşar ki, bu vaxtadək örtülü qalmışdır. Bu halda ömrü boyu böyük sevgi bəslədiyi hər şey onun gözündən düşər. Arzu edər ki, ey kaş bu sərvət keçmişdə onun mal-dövlətinə qibtə edən və paxıllığını çəkən insanların olaydı, onun yox!" (1)

 

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 18, səh 173.

Nəşr tarixi: « 1397/07/18 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 13