YUXU VƏ ÖLÜM

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

YUXU VƏ ÖLÜM

Sual : Yuxu və ölümün nə kimi əlaqəsi var?
Qısa cavab:

Quran ayələrindən aydın olur ki, ölüm zamanı Allah-taala ruhun bədənlə əlaqəsini kəsir və ruhu ruhlar aləminə göndərir. Yuxu zamanı da ruhu alır, amma bədənlə əlaqəsi tamamilə kəsilmir. Bu səbəbdən ruh bədənlə əlaqədar üç vəziyyətdə olur: Tam əlaqə (oyaq olarkən), natamam əlaqə (yuxu zamanı), əlaqənin tamamilə kəsilməsi (ölüm halı).

 

Ətraflı cavab:

Bu sualın cavabı “Zumər” surəsinin 42-ci ayəsində verilmişdir. Allah-taala buyurur:


اللهُ یَتَوَفَّى الاْنْفُسَ حَینَ مَوْتِها


"Allah insanların ruhunu ölüm zamanı alır."


وَ الَّتِی لَمْ تَمُتْ فِی مَنامِها


"Ölməmiş kəslərdən yuxuda ruhlarını alan da odur."


Demək olar ki, yuxu ölümün qardaşı və onun zəif formasıdır. Çünki ruhun bədənlə əlaqəsi yuxu zamanı minimuma enir və onların bağlılıq tellərinin çoxu qırılır. Daha sonra əlavə edir:


فَیُمْسِکُ الَّتى قَضى عَلَیْهَا الْمَوْتَ وَ یُرْسِلُ الاْخْرى اِلَى اَجَل مُسَمىًّ


"Beləliklə, ölümünü qətiləşdirdiyi ruhu saxlayır (yəni daha həmişəlik yuxudan oyanmır) o birini isə müəyyən müddətə qədər (bədənə) göndərir."


اِنَّ فی ذلِکَ لاَیات لِقَوم یَتَفَکَّرُونَ


"Həqiqətən də, bu məsələdə düşünənlər üçün açıq-aydın nişanələr vardır."


Ayədən bir neçə məsələ başa düşülür:
1. İnsan ruh və bədəndən təşkil olunmuşdur. Ruh qeyri-maddi bir gövhərdir ki, onun bədənlə əlaqəsi nur və həyat mənbəyidir.
2. Ölüm zamanı Allah-taala bu əlaqəni kəsir və ruhu ruhlar aləminə göndərir. Yuxu zamanı da ruhu alır, amma bədənlə əlaqəsi tamamilə kəsilmir. Bu səbəbdən ruh bədənlə əlaqədar üç vəziyyətdə olur: Tam əlaqə (oyaq olarkən), natamam əlaqə (yuxu zamanı), əlaqənin tamamilə kəsilməsi (ölüm halı).


3. Yuxu ölümün zəif formasıdır. Ölüm isə yuxunun kamil nümunəsidir.
4. Yuxu ruhun müstəqil və əsas olduğuna bir dəlildir. Ələlxüsus röya – o da doğru röyalarla yanaşı olduqda bu məsələ daha aydın olur.
5. Bəzi ruhlar yuxu aləmində olarkən əlaqələri bədənlə azalan zaman bəzən bu əlaqə tamamilə kəsilə bilər, belə ki, ruhların sahibləri bir daha yuxudan oyanmırlar. Digər ruhlar isə yuxuda və yaxud oyaq halda ilahi fərman yetişənə qədər qeyri-müəyyən vəziyyətdə qalırlar.


6. Diqqət etmək lazımdır ki, insan gecə boyu yuxuda ikən ölüm kandarındadır. Bu elə bir ibrətdir ki, bu haqda düşünmək insanın oyaq halı üçün kifayətdir.
7. Bütün bu məsələlər Allahın qüdrəti ilə baş verir. Digər ayələrdə insanın ruhunun ölüm mələkləri vasitəsi ilə alınmasından söhbət gedirsə, bu, onların Allahın itaətində olmaları və onun əmrlərini yerinə yetirdikləri deməkdir və ayələr arasında heç bir ziddiyyət yoxdur. (1)


 

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 19, səh 498.

Nəşr tarixi: « 1397/07/19 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 33