ÖLÜMDƏN QACIŞ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

ÖLÜMDƏN QACIŞ

Sual : Quran ölümdən qaçmaq üçün cihaddan yayınan insanlara nə cavab verir?
Qısa cavab:

Qurani-Kərimdə belə insanlara belə cavab verilir: "Harada olsanız, hətta möhkəm qalaların içində olsanız belə, ölüm sizi haqlayacaqdır." Sonda ölüm hətta möhkəm qalalarda olsanız belə, bir gün sizi öz caynağına alacaq. Belə isə yaxşı olar ki, bu mütləq və qaçılmaz ölüm insanı mənasız yerlərdə deyil, cihad kimi qurucu və doğru yolda olarkən haqlasın.

Ətraflı cavab:

Qurani-kərim ölümün qorxusundan cihaddan boyun qaçıranlar haqqında belə buyurur:


اَلَمْ تَرَ اِلَى الَّذِینَ قیلَ لَهُمْ کُفُّوا اَیْدِیَکُمْ وَ اَقیمُوا الصَّلاهَ وَ آتُوا الزَّکاهَ فَلَمّا کُتِبَ عَلَیْهِمُ الْقِتالُ اِذا فَریقٌ مِنْهُمْ یَخْشَوْنَ النّاسَ کَخَشْیَهِ اللهِ اَوْ اَشَدَّ خَشْیَهً


"Məgər "(müşriklərlə döyüşdən) əl saxlayın, namaz qılın və zəkat verin» deyilən kəsləri görmədinmi? (Amma onlar incidilər) Lakin cihad fərmanı verilən zaman onlardan bir hissəsi insanlardan Allahdan qorxduqları qədər və yaxud daha da artıq qorxurdular.

(“Nisa” surəsi, 77-ci ayə)


Quran belə insanlara iki cür cavab verir. Birinci cavab “insanlardan Allah qorxusu qədər və ya ondan da artıq qorxurdular” cümləsində qeyd olundu. Yəni onlar qüdrətli və həmişə qalib Allahdan qorxmaqdansa, zəif və aciz insandan qorxurlar. Bəlkə də belə bir insandan qorxuları Allah qorxusundan daha güclü idi.


Habelə belə şəxslərə demək lazımdır ki, fərz edin cihadı tərk etdiniz və bir neçə gün dinc həyat sürdünüz. Sonda bu həyat fani və dəyərsiz bir həyatdır. Amma əbədi dünya təqvalılar, saleh insanlar üçün daha qiymətlidir. Xüsusilə də, orada öz mükafatlarını tam şəkildə alacaq və onlara azacıq zülm olunmayacaqdır. Bu səbəbdən buyurur:


قُلْ مَتاعُ الدُّنْیا قَلیلٌ وَ الآخِرَهُ خَیْرٌ لِمَنِ اتَّقى وَ لا تُظْلَمُونَ فَتیلاً


"De: “Dünyanın mənfəəti azdır və təqvalılar üçün axirət daha yaxşıdır. (Orada) sizə zərrə qədər zülm olunmayacaq və haqqınızdan kəsilməyəcəkdir.”


Üçüncü cavab “Nisa” surəsinin 78-ci ayəsində verilmişdir. Belə ki, ölümdən qaçmağın sizə bir faydası olacaqmı? Siz harada olsanız ölüm sizin arxanızcadır. Sonda ölüm hətta möhkəm qalalarda olsanız belə, bir gün sizi öz caynağına alacaq. Belə isə yaxşı olar ki, bu mütləq və qaçılmaz ölüm insanı mənasız yerlərdə deyil, cihad kimi qurucu və doğru yolda olarkən haqlasın.


Ayədə buyurur:


اَیْنَما تَکُونُوا یُدْرِکْکُمُ الْمَوْتُ وَ لَوْ کُنْتُمْ فى بُرُوج مُشَیَّدَه


"Harada olsanız, hətta möhkəm qalaların içində olsanız belə, ölüm sizi haqlayacaqdır."


Əmirəl-möminin (əleyhis-salam) bu haqda “Nəhcül-bəlağə”də buyurur:


اذا کُنْتَ فِى اِدْبار وَ الْمَوْتُ فِى اِقْبال،فَما اَسْرَعَ الْمُلْتَقى!


"Sən geriyə ölüm isə irəli hərəkət edərsə, nə qədər tez bir-birinizi görəcəksiniz!"


Həmçinin “Cümə” surəsinin 8-ci ayəsində bu həqiqət aşkar formada bəyan olunmuşdur:


قُلْ اِنَّ الْمَوْتَ الَّذِى تَفِرُّونَ مِنْهُ فَاِنَّهُ مُلاقِیْکُمْ

 
"De: “Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək”".


Bu həqiqəti nəzərə alaraq insanın özünü cihad və şəhadət iftixarına nail olmaqdan saxlaması və evdə yatağında ölməyi düzdürmü? (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 4, səh 33.
Nəşr tarixi: « 1394/01/28 »

Nəşr tarixi: « 1397/07/19 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 29