AKIL VƏ MƏKUL ŞÜBHƏSİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

AKIL VƏ MƏKUL ŞÜBHƏSİ

Sual : “Akil və məkul” (yeyən və yeyilən) şübhəsi nə deməkdir? Bu şübhəyə necə cavab vermək olar?
Qısa cavab:

Bu şübhəyə Quran ayələrində aydın şəkildə cavab verilərək deyilir: İnsanın bədənində ölüm zamanı mövcud olan sonuncu zərrələr, qiyamət günü həmin bədənə qayıdacaq.
Buna görə də başqa bir insan onunla qidalansa da bu hissələr onları yeyənin bədənindən çıxıb əsl sahiblərinin bədəninə qayıdacaq.

 

 

Ətraflı cavab:

Bu şübhəyə Quran ayələrində aydın şəkildə cavab verilərək deyilir: İnsanın bədənində ölüm zamanı mövcud olan sonuncu zərrələr, qiyamət günü həmin bədənə qayıdacaq.


Buna görə də başqa bir insan onunla qidalansa da bu hissələr onları yeyənin bədənindən çıxıb əsl sahiblərinin bədəninə qayıdacaq. Burada qaranlıq qalan yeganə məsələ ikinci bədənin naqis qalmasıdır. Lakin demək lazımdır ki, o bədən həqiqətdə naqis olmayacaq, kiçikləşəcəkdir. Çünki birinci bədənin hissələri ikinci bədənin hər yerinə yayılmışdı. Ondan bu hissələr alındıqdan sonra ikinci bədənin məcmusu kiçik və arıq olacaqdır. Məsələn, 60 kiloqramlıq bir insan bədəninin başqasına aid olan 40 kiloqramını itirəcək. Ondan yalnız uşaq bədəni böyüklüyündə kiçik bir bədən qalacaq.


Sual oluna bilər ki, bu məsələ problem yarada bilərmi?
Şübhəsiz ki, xeyr. Çünki bu kiçik bədən artırıb-azaltmadan ikinci insanın bütün səhifələrinə malikdir. Qiyamət günü kiçik olan və sonra böyüyüb başa çatan uşaq kimi yetişəcək və kamil bir insan şəklində ondan hesab çəkiləcəkdir.
Qiyamət günü bu formada təkamül və yetkinliyin əqli və nəqli baxımdan heç bir problemi yoxdur.


Bir sual da verilə bilər ki, bu təkamül tədrici baş verəcək yoxsa ani?
 Bu bizə aydın deyil. Amma bu qədər başa düşmək olur ki, istər tədrici istərsə də ani, heç bir problem yaratmır. Hər iki şəkildə məsələnin həlli yolu var.
Burada yalnız bir sual qalır. O da budur ki, əgər insanın bədəni tamamilə başqa bədənlərin tərkib hissələrindən təşkil olunsa, onda necə?


Bu sualın cavabı da aydındır. Yəni, ümumiyyətlə belə bir şey qeyri-mümkündür. Çünki “Akil və məkul” məsələsini bu şərtlə ortaya atmaq olar ki, birinci bədən mövcud olsun və başqa bədənlərdən qidalanıb yetişsin. Bu məsələni nəzərə almaqla necə mümkün ola bilər ki, birinci bədənin bütün zərrələri ikinci bədəndən təşkil olunub? İkinci bədənin yeməsi üçün əvvəlcə birinci bədəni təsəvvür etməliyik. Bu səbəbdən başqa bədən mütləq onun bir hissəsi olacaqdır, bütün hissələri deyil.


Yuxarıda qeyd etdiklərimizdən belə nəticə almaq olar ki, bu bədənlə cismani məadın olacağı heç bir problem yaratmır və bu məsələni aydın formada sübut edən ayələri başqa mənaya yozmağa ehtiyac yoxdur. (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 2, səh 362. Nəşr tarixi: « 1394/01/28 »

Nəşr tarixi: « 1397/07/19 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 9