İNKAR EDƏNLƏRƏ CAVAB

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İNKAR EDƏNLƏRƏ CAVAB

Sual : Allahın sonsuz elm və qüdrəti axirət dünyasını inkar edənlərə cavab ola bilərmi?
Qısa cavab:

Sanki bu məsələ cismani məadı inkar edənlərə bir cavabdır. Ayədə deyilir: "Göylərin və yerin qeybi (elmi) Allaha məxsusdur." Bu ayədə bir cümlədə bu suala bütün cəhətlərdən cavab verir ki, Allah bütün göylərin və yerin qeybini bilir, O, hər yerdə və həmişə hazırdır.
Bu səbəbdən ümumiyyətlə qeyb və gizli biliklər anlayışı onun barəsində mənasızdır. Hər şey onun nəzarəti altındadır.

 

Ətraflı cavab:

Allah-taala Quranda buyurur:


وَ للهِ غَیْبُ السَّماواتِ وَ الاْرْضِ


"Göylərin və yerin qeybi (elmi) Allaha məxsusdur."


Sanki bu cismani məadı inkar edənlərə bir cavabdır. Onlar deyirdilər: “Biz öləndən sonra vücudumuzun torpaq zərrələri müxtəlif yerlərə dağılacaq. Onları bir yerə yığmaq üçün bu zərrələrdən kimin agahlığı var?”
 Yuxarıdakı ayə bir cümlədə bu suala bütün cəhətlərdən cavab verir ki, Allah bütün göylərin və yerin qeybini bilir, O, hər yerdə və həmişə hazırdır.


Bu səbəbdən ümumiyyətlə qeyb və gizli biliklər anlayışı onun barəsində mənasızdır. Hər şey onun nəzarəti altındadır.
Daha sonra əlavə edir: "Və Qiyamətin işi yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır.
Həqiqətdə ayədə axirəti inkar edənlərin başqa bir iradlarına işarə olunur. Onlar deyirdilər: “Kim bu işə qadirdir, bu iş həddindən artıq çətin bir işdir.”


Quran onların cavabında buyurur: “Sizin güc və bacarığınız az olduğuna görə belə işlər sizə çətin görünür. Amma sonsuz qüdrətə malik olan Allah üçün isə o qədər sadədir ki, bir göz qırpımında həyata keçir. (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 11, səh 260.
Nəşr tarixi: « 1394/01/28 »

Nəşr tarixi: « 1397/07/19 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 29