BƏRZƏX ALƏMİ HƏDİSLƏRDƏ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

BƏRZƏX ALƏMİ HƏDİSLƏRDƏ

Sual : Hədislər Bərzəx aləmini necə sübut edir?
Qısa cavab:

“Kafi” kitabında hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur ki, ondan möminlərin ruhları haqda soruşdular. İmam (ə) buyurdu: "Onlar cənnətin hücrələrində (otaqlarında) yaşayırlar. Cənnətin yeməklərindən yeyir, içkilərindən içir və deyirlər: Pərvərdigara! Qiyaməti mümkün qədər tez et və bizə verdiyin vədlərə əməl et!"

Ətraflı cavab:

Şiə və əhli-sünnənin məşhur kitablarında çox sayda hədislər vardır ki, müxtəlif izahlarla və tamamilə fərqli şəkildə Bərzəx aləmindən, qəbir dünyasından, qısa desək bu dünya ilə axirət aləmi arasında yerləşən aləmdən bəhs edir:
1. “Nəhcül-bəlağənin” "qısa və hikmətli kəlamlar bölməsi"ndə məşhur bir hədisdə deyilir:
Əli (əleyhis-salam) “Siffeyn” döyüşündən qayıdarkən Kufə şəhərinin yaxınlığında şəhər darvazasından çöldəki qəbiristanlığa çatanda üzünü qəbirlərə tutub belə dedi:


یَا اَهْلَ الدِّیَارِ الْمُوحِشَهِ وَ الْمحَالِّ الْمُقْفِرَهِ وَ الْقُبُورِ الْمُظْلِمَهِ! یَا اَهْلَ التُّرْبَهِ! یَا اَهْلَ الْغُرْبَهِ! یَا اَهْلَ الْوَحْدَهِ! یَا اَهْلَ الْوَحْشَهِ! اَنْتُمْ لَنَا فَرَطٌ سَابِقٌ وَ نَحْنُ لَکُمْ تَبَعٌ لاحِقٌ، اَمَّا الدُّورُ فَقَدْ سُکِنَتْ، وَ اَمَّا الاَزْوَاجُ فَقَدْ نُکِحَتْ، وَ اَمَّا الاَمْوَالُ فَقَدْ قُسِمَتْ، هَذَا خَبَرُ مَا عِنْدَنَا فَمَا خَبَرُ مَا عِنْدَکُمْ؟
ثُمَّ الْتَفَتَ اِلَى اَصْحَابِهِ فَقَالَ: اَمَا لَوْ اُذِنَ لَهُمْ فِی الْکَلامِ لاَ َخْبَرُوکُمْ اَنَّ خَیْرَ الزَّادِ التَّقْوى

 

“Ey qorxulu evlərin, boş məkanların və qaranlıq qəbirlərin sakinləri! Ey türbət əhli! Ey qürbət əhli! Ey tənha olanlar! Ey vəhşət əhli! Siz bu yolda bizdən qabağa düşmüşünüz. Biz də sizə qovuşacağıq. Əgər dünyada baş verənlərdən soruşmaq istəsəniz deyim ki, evlərinizdə başqaları yaşayır, həyat yoldaşlarınız başqaları ilə evlənib, əmlakınız bölünüb. Bunlar bizim əlimizdə olan xəbərlər. Sizdə nələr baş verir?
Sonra üzünü silahdaşlarına çevirib dedi: Onlara danışmaq üçün icazə verilsəydi mütləq sizə deyərdilər ki, bu səfər üçün ən yaxşı azuqə təqvadır.”


Aydındır ki, bütün bu söhbətləri məcazi mənasında yozmaq olmaz. Bu sözlər göstərir ki, insan ölümdən sonra bir növ bərzəx həyatı yaşayır; Başa düşür, dərk edir, danışmaq üçün icazə verilsə söz də danışır.  


2. Digər bir hədisdə Əsbəğ ibn Nəbatə Həzrət Əlidən (əleyhis-salam) belə nəql edir:
Bir gün Həzrət (ə) Kufə şəhərindən çıxıb “Ğəra” (Nəcəf) torpağına gəldi və oradan ötüb keçdi. Biz ona çatdıq. Onun torpaq üzərində uzandığını gördük.
Qənbər:
− Ya Əmirəl-möminin! İcazə verirsiniz əbamı ayağınızın altına sərim? − deyə soruşdu.   
Həzrət:
− Yox. Bura möminləri torpağı olan yerdir. Sənin bu işin onlar üçün maneçilik yaradır.


Mən dedim:
− Möminlərin torpağının nə olduğunu başa düşdüm. Amma onlara maneçiliyin nə olduğunu anlamadım.
Həzrət buyurdu:


یَا بْنَ نَباتَه! لَوْ کُشِفَ لَکُمْ لَرَاَیْتُمْ اَرْواحَ الْمُوْمِنِیْنَ فِى هذَا الظَّهْرِ حِلَقاً حِلَقاً، یَتَزاوَرُونَ وَ یَتَحَدَّثُونَ، اِنَّ فِى هذَا الظَّهْرِ رُوحُ کُلِّ مُوْمِن وَ بِوادِى بَرَهُوتِ نَسَمَهُ کُلُّ کافِر
 

− Ey Nəbatənin oğlu! Əgər gözləriniz önündən pərdə kənara çəkilsəydi, burda dairə kimi əyləşən möminlərin ruhlarını görərdiniz. Onlar bir-birləri ilə görüşür və söhbət edirlər. Bura möminlərin olduğu yerdir. "Bərəhut" vadisində isə kafirlərin ruhları olur.”
 

3. Başqa bir hədisdə İmam Əli ibn Hüseyndən (əleyhis-salam) belə nəql olunur:


اِنَّ الْقَبْرَ اِمّا رَوْضَهٌ مِنْ رِیاضِ الْجَنَّهِ، اَوْ حُفْرَه مِنْ حُفَرِ النّارِ
 

“Qəbir, ya cənnətin bağlarından biri, ya da cəhənnəmin quyularından biridir."
 

4. İmam Sadiqdən (əleyhis-salam) olan bir hədisdə oxuyuruq:


البَرْزَخُ الْقَبْرُ، وَ هُوَ الثَّوابُ وَ الْعِقابُ بَیْنَ الدُّنْیا وَ الآخِرَهِ... وَ اللّهِ ما نَخافُ عَلَیْکُمْ اِلاَّ الْبَرْزَخَ


"Bərzəx aləmi qəbirdir. Dünya ilə axirət arasında mükafat və cəza yeridir. And olsun Allaha! Biz sizin üçün bərzəxdən başqa bir şey üçün qorxmuruq!"


5. “Kafi” kitabındakı bir hədisdə bu cümlədən sonra nəql olunur ki, ravi İmamdan (ə) soruşdu:
− Bərzəx nədir?
İmam buyurdu:


اَلْقَبْرُ مُنْذُ حِیْنَ مَوْتِهِ اِلى یَوْمِ الْقِیامَهِ


− Qəbirdir, ölümdən qiyamət gününə qədər davam edər.
 

6. Digər bir hədisdə İmam Sadiqdən (əleyhis-salam) nəql olunur ki, bir şəxs ondan soruşdu:
− Bir qrup nəql edirlər ki, möminlərin ruhları ölümdən sonra yaşıl qanadlı quşun sinəsində olacaqlar. O quş Allahın ərşinin ətrafında qanad çalacaq. Bu doğrudurmu?
İmam (ə) buyurdu:


لا، الْمُوْمِنُ اَکْرَمُ عَلَى اللَّهِ مِنْ اَنْ یَجْعَلَ رُوحَهُ فِی حَوْصَلَهِ طَیْر وَ لکِنْ فِی اَبْدَان کَاَبْدَانِهِمْ
 

− Elə deyil. Mömin Allah yanında ruhunun bir quşun sinəsində yerləşdirilməsindən daha əziz və dəyərlidir. Möminlərin ruhları buradakı bədənləri kimi bədənlərdə yerləşdirilir.
 

7. “Kafi” kitabında hədislərin birində İmam Sadiqdən (əleyhis-salam) belə nəql olunur ki, ondan möminlərin ruhları haqda soruşdular. İmam (ə) buyurdu:


فِی حُجُرَات فِی الْجَنَّهِ یَاْکُلُونَ مِنْ طَعَامِهَا وَ یَشْرَبُونَ مِنْ شَرَابِهَا وَ یَقُولُونَ رَبَّنَا اَقِمِ لَنَا السَّاعَهَ وَ اَنْجِزْ لَنَا مَا وَعَدْتَنَا
 

"Onlar cənnətin hücrələrində (otaqlarında) yaşayırlar. Cənnətin yeməklərindən yeyir, içkilərindən içir və deyirlər: Pərvərdigara! Qiyaməti mümkün qədər tez et və bizə verdiyin vədlərə əməl et!" (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 14, səh 340. Nəşr tarixi: « 1394/01/28 »

Nəşr tarixi: « 1397/07/21 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 21