YER

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

YER

Sual : Yer Qiyamət günü necə danışacaq?
Qısa cavab:

İnsanın əməllərinin ən mühüm şahidlərindən biri də üzərində əməllərimizi yerinə yetirdiyimiz yerdir. O, bizim şahidimiz və nəzarətçimizdir.
Hədislərin birində Həzrət peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql olunur: “Yerin xəbər verməsi o deməkdir ki, hər kişi və qadının yer üzərində etdiyi hər əməldən xəbər verərək deyəcək: “Filan şəxs filan gün filan işi gördü. Yerin xəbər verməyi belədir!”

 

Ətraflı cavab:

Allah-taala “Zəlzələ” surəsinin 4-cü ayəsində Yerin Qiyamət günü danışması məsələsinə toxunaraq buyurur:


یَوْمَئِذ تُحَدِّثُ اَخْبارَها
 

"Məhz o gün yer öz xəbərlərini açıb söyləyər."


Yaxşılıqlardan, pisliklərdən, xeyir və şər əməllərdən yer üzündə nə baş veribsə hamısının üstünü açacaq. Həmin gün insanın əməllərinin ən mühüm şahidlərindən biri də bu yerdir ki, biz məhz onun üzərində əməllərimizi yerinə yetiririk. O bizim şahidimiz və nəzarətçimizdir.
Hədislərin birində Həzrət peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql olunur:


اَتَدْرُونَ ما اَخْبارُها؟


− Yerin xəbərlərinin nə olduğunu bilirsinizmi?


قالُوا: اللّهُ وَ رَسُولُهُ اَعْلَمُ


Dedilər:
− Allah və onun rəsulu daha yaxşı bilir.


Buyurdu:


اَخْبارُها اَنْ تَشْهَدَ عَلى کُلِّ عَبْد وَ اَمَه بِما عَمِلَ عَلى ظَهْرِها، تَقُولُ عَمِلَ کَذا وَ کَذا، یَوْمَ کَذا، فَهذا اَخْبارُها


− Yerin xəbər verməsi o deməkdir ki, hər kişi və qadının yer üzərində etdiyi hər əməldən xəbər verərək deyəcək: “Filan şəxs filan gün filan işi gördü. Yerin xəbər verməyi belədir!


Digər bir hədisdə Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:


حافِظُوا عَلَى الْوُضُوءِ وَ خَیْرُ اَعْمالِکُمُ الصَّلاهُ، وَ تَحَفَّظُوا مِنَ الاَرْضِ فَاِنَّها اُمُّکُمْ، وَ لَیْسَ فِیها اَحَدٌ یَعْمَلُ خَیْراً اَوْ شَرّاً اِلاّ وَ هِیَ مُخْبِرَهٌ بِهِ!


"Dəstəmazlı olmağa çalışın və sizin ən yaxşı əməliniz namazdır. Yerdən ehtiyatlı olun. O, sizin ananızdır. Hər insan onun üzərində nə xeyir və şər bir iş görsə, mütləq onu xəbər verəcəkdir."
 

Nəql olunur ki, Əbu Səid Xudri belə deyərdi:
"Səhrada olarkən səsini azan deməklə ucalt! Çünki Allahın rəsulunun (sallallahu əleyhi və alih) belə dediyini eşitdim:


 
لا یَسْمَعُهُ جِنٌّ وَ لا اِنْسٌ وَ لا حَجَرٌ اِلاّ یَشْهَدُ لَهُ


“Onu eşidən bütün insanlar, cinlər və daş parçaları (Qiyamət günü) onun üçün şəhadət verəcəklər.”


Görəsən, həqiqətən yer Allahın fərmanı ilə dil açıb danışacaq, ya söhbət insanın əməllərinin təsirlərinin yer üzündə zahir olmasından gedir? Bilirik ki, insanın hər əməli istər-istəməz onun ətrafında müxtəlif izlər qoyur. Bu gün bizim üçün hiss olunmasa da qapının cəftəsində bir dost və yaxud bir düşmənin barmaq izləri qaldığı kimi həmin gün bütün bu izlər aşkara çıxacaq. Yerin danışmağı bu böyük aşkarlıqdan başqa bir şey deyil. Necə ki, bəzən yuxulu bir adama deyirik: “Sənin gözlərin deyir ki, gecəni yatmamısan.” Yəni, yuxusuzluğun nişanələri gözlərindən məlumdur.


Hər halda bu, təəccüblü bir məsələ deyil. Çünki insan elminin inkişaf etdiyi əsrdə, elə texnika və aparatlar ixtira olunmuşdur ki, hər yerdə və hər an insanın səsini yaza, yaxud onun hərəkətlərini çəkə və bir fakt kimi məhkəmədə irəli sürə bilər. Belə ki, onu heç bir vəchlə inkar etmək olmaz.  


Keçmişdə bəziləri yerin ifadə verəcəyindən təəccüb edirdilərsə, bu gün düymə şəklində insanın geyiminə sancılan bir aparat və nazik bir lent yazısı çox şübhələrə aydınlıq gətirə bilər.


Bu haqda Həzrət Əlidən (əleyhis-salam) nəql olunan bir hədis olduqca maraqlıdır:


صَلُّوا مِنَ الْمَساجِدِ فِی بِقاع مُخْتَلِفَه، فَاِنَّ کُلَّ بُقْعَه تَشْهَدُ لِلْمُصَلِّی عَلَیْها یَوْمَ الْقِیامَهِ


“Məscidin müxtəlif yerlərində namaz qılın. Çünki Qiyamət günü yerin hər parçası üzərində namaz qılan insan haqqında şəhadət verəcək.”


Başqa bir hədisdə deyilir:
Əmirəl-möminin Əli (əleyhis-salam) beytul-malı bölüb qurtarandan sonra iki rükət namaz qılıb deyərdi:


اِشْهَدِى اَنِّى مَلاَ ْتُکَ بِحَقٍّ، وَ فَرَّغْتُکَ بِحَقٍّ


“(Qiyamət günü) şəhadət ver ki, mən səni haqq olaraq doldurdum və haqq olaraq boşaltdım.” (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 27, səh 246. Nəşr tarixi: « 1394/01/28 »

Nəşr tarixi: « 1397/07/21 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 29