İLLİYYİN

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

İLLİYYİN

Sual : Yaxşı insanların əməl dəftərlərinin saxlandığı "İlliyyin" nə deməkdir?
Qısa cavab:

Quran ayəsində deyilir: “Əsla onların düşündüyü kimi deyil, həqiqətən, yaxşı əməl sahiblərinin əməl dəftəri «İlliyyin»dədir."

Hədisdə oxuyuruq: Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:
“"İlliyyin" yeddinci göy və Allahın ərşinin altı deməkdir. Bu, eynilə günahkar insanların əməl dəftərlərinin əks nöqtəsidir. Onların əməl dəftərləri ən alçaq məkanda və yaxud cəhənnəmin ən aşağı mərtəbəsində saxlanılır."

 

Ətraflı cavab:

“Mutəffifin” surəsinin 18-21-ci ayələrini mütaliə etməklə yuxarıdakı cavabını tapmaq olar. Allah-taala buyurur:


کَلاّ اِنَّ کِتابَ الاْ َبْرارِ لَفِی عِلِّیِّینَ
 

"Əsla onların düşündüyü kimi deyil, həqiqətən, yaxşı əməl sahiblərinin əməl dəftəri «İlliyyin»dədir."


“İlliyyin” sözü “İlli” sözünün cəm formasıdır və əslində yüksək məkan və ya yüksək məqamlara sahib olan insanlar mənasında işlənir. Bu söz dağların uca nöqtələrində sakin olan insanlara da deyilir. Burada bəzi alimlər onu göyün ən yüksək qatı və yaxud cənnətin ən yüksək məkanı kimi təfsir etmişlər.


Digər qrup isə hesab edir ki, onun cəm formasında işlənməsi təkid, yəni yüksəklik içində yüksəklik deməkdir.
Burada iki təfsir diqqəti cəlb edir: Birinci təfsir budur ki, “kitabul-əbrar” yaxşı, pak və mömin insanların əməl dəftəridir. Bu o deməkdir ki, onların əməl dəftərləri bütün möminlərin əməllərini bəyan edən ümumi bir divanda yerləşir. Bu divan çox yüksəkməqamlı və ucadır.


Yaxud da onların əməl dəftərləri onlardan yüksəkdə ən şərafətli məkanda və ya cənnət üzərində ən yüksək məqamda saxlanılır. Bunların hamısı, onların öz məqamının həddən ziyadə yüksək və uca olmasını göstərir.
Hədisdə oxuyuruq: Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu:


“"İlliyyin" yeddinci göy və Allahın ərşinin altı deməkdir. Bu, eynilə günahkar insanların əməl dəftərlərinin əks nöqtəsidir. Onların əməl dəftərləri ən alçaq məkanda və yaxud cəhənnəmin ən aşağı mərtəbəsində saxlanılır."
Başqa bir təfsirə görə “kitab” burada tale (yazı) və Allahın qətiyyətli hökmüdür. Allah-taala yaxşı insanların cənnətin ən yüksək dərəcəsinə getmələrinə qərar vermişdir.


Sözsüz ki, bu iki təfsiri bir araya gətirmək mümkündür. Belə ki, həm onların əməl dəftərləri ümumi bir divanda yerləşir, bu divanın məcmusu göy üzündə saxlanılır, həm də onların cənnətin ən yüksək dərəcəsində olmaları haqqında ilahi fərman verilmişdir.
Daha sonra “İlliyyin” məqamının əhəmiyyət və əzəmətini göstərmək üçün əlavə edir:


وَ ما اَدْراکَ ما عِلِّیُّونَ
 

"Sən nə bilirsən ki, «İlliyyin» nədir?"
Burada xəyal, müqayisə və gümana sığmayan məqama toxunulur ki, heç kəs, hətta Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) də onun böyüklüyünün cəhətlərini dərk edə bilməz.


Sonra isə Quranın özü daha artıq izah edərək buyurur:
  کِتابٌ مَرْقُومٌ
"(O,) rəqəmlənmiş (yazılmış) bir kitabdır."
Bu deyilənlər, “İlliyyin” sözünün yaxşı insanların əməl dəftərlərinin ümumi divanı kimi təfsiri əsasındadır. Amma digər təfsirə görə ayənin mənası belədir: “Bu, Allahın onlar üçün yazdığı (qərara aldığı) sonluqdur ki, yerləri cənnətin ən yüksək məqamlarında olsun.”
(Diqqət etmək lazımdır ki, bu təfsirə əsasən “kitabun mərqum” (rəqəmlənmiş kitab) İlliyyin sözünün deyil, “kitabul-əbrar” ifadəsinin təfsiri olacaqdır.) (1)

Peinevesht:

1. "Nümunə" təfsiri, cild 26, səh 281. Nəşr tarixi: « 1394/01/28 »

Nəşr tarixi: « 1397/07/22 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 1