SİRLƏRİN TƏCƏLLASI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

SİRLƏRİN TƏCƏLLASI

Sual : Qiyamət günü insanların Allah qarşısında aşkar olması nə deməkdir?
Qısa cavab:

Bu barədə təfsir alimləri müxtəlif izahlar vermişlər:
Bir çoxu bunu qəbirlərdən çıxmaq kimi izah etmişlər. Amma bir ehtimal da insanın bütün varlığının – zahir və batininin orada zahir olmasıdır.

Ətraflı cavab:

Qiyamət günü insanların Allah qarşısında aşkar olması haqqında təfsir alimləri müxtəlif izahlar vermişlər:
Bir çoxu bunu qəbirlərdən çıxmaq kimi izah etmişlər. Amma bir ehtimal da insanın bütün varlığının – zahir və batininin orada zahir olmasıdır. Necəki, “Qafir” surəsinin 16-cı ayəsində oxuyuruq:


 یَوْمَ هُمْ بارِزُونَ لا یَخْفى عَلَى اللهِ مِنْهُمْ شَىْءٌ


“Onların hamılıqla zahir və aşkar olacaqları gün! Allaha onların heç nəyi gizli qalmayacaqdır.“


“Tariq” surəsinin 9-cu ayəsində oxuyuruq:


یَوْمَ تُبْلَى السَّرائِرُ


“Hər kəsin gizli sirlərinin aşkar olacağı gün.”  


Ayədə Allahın “qəhhar” (hər şeyə qalib) sifəti ilə vəsf edilməsi onun hər şeyə hakim və hamının zahiri və batini onun ixtiyarında olmasına sübutdur.   


Bu dünyada Allahdan nə gizlidir ki, Qiyamətdə aşkar olmağa ehtiyac duyulsun?  
Allah-Taala qəbirdəki ölülərdən xəbərsizdirmi? O, insanların köksündə olan sirləri bilmirmi?
Bir məsələyə aydınlıq gətirməklə sualı cavablandırmaq olar. O da bizə aid olan zahir və batin məsələsidir. Bəzən məlumatımızın məhdudluğundan yanlış bir fikir meydana çıxır ki, guya Allah bizim batinimizdən xəbərsizdir. Lakin digər aləmdə ümumiyyətlə zahir və batin olmayacaq. Hər şey tam aşkar olacağı üçün Allahdan bir şeyin gizli qalmasına ehtimal belə etməyəcəklər.
Başqa sözlə desək, aşkar və zahir anlayışları bizim tərzi-təfəkkürlə müqayisədə mümkün ola bilər, Allahın məlumatı ilə müqayisədə yox. (1)

Peinevesht:

1. “Nümunə təfsiri”, cild 10, səh. 438.
Nəşr tarixi: « 1393/12/06 »

Nəşr tarixi: « 1397/09/14 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 8