“KƏŞFUL-ƏSRAR”

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

“KƏŞFUL-ƏSRAR”

Sual : Nə üçün Qiyamət gününə “Müşahidə günü” və “Kəşfül-əsrar” deyilir?
Qısa cavab:

“Tariq” surəsinin 9-cu ayəsində deyilir:
“Qiyamət günü gizlin sirlərin aşkar olan gündür. “
Aydın olur ki, qiyamət günü gizlinlərin aşkara çıxacağı gün və zahir olma günüdür. İnsan övladı o gün, eynilə müttəhim kürsüsündə əyləşmiş və cinayəti inkar etdiyi halda dərhal əşyayi dəlil, şahid və sübutlar qarşısına qoyulan müttəhimə bənzəyir. Belə bir halda artıq etirafa lüzum qalmır və o təslim olur. Qiyamət günü isə həqiqətlər bundan da aydın və aşkar formada üzə çıxacaqdır.

Ətraflı cavab:

“Qaf” surəsinin 22-ci ayəsində oxuyuruq:


لَقَدْ کُنْتَ فى غَفْلَه مِنْ هذَا فَکَشَفْنا عَنْکَ غِطاءَکَ فَبَصَرُکَ الْیَوْمَ حَدیدٌ
 

“Həqiqətən sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən! “


“Tariq” surəsinin 9-cu ayəsində deyilir:


یَوْمَ تُبْلَى السَّرائِرُ


“Qiyamət günü gizlin sirlərin aşkar olan gündür. “


“İbrahim” surəsinin 48-ci ayəsində oxuyuruq:


وَ بَرَزُوا للهِ الْوَاحِدِ الْقَهّارِ


“Həmin gün hamı hər şeyə qalib, tək Allahın hüzurunda zahir olacaq!”


Beləliklə həmin gün müşahidə və kəşfül-əsrar günü, gizlinlərin aşkara çıxacağı gün və zahir olma günüdür. Belə bir şərait və mühitdə etiqad baxımından fikir ayrılığı mənasızdır. Hərçənd bəzi inadkar dinsizlər özlərinə bəraət qazandırmaq üçün Qiyamətin bəzi mərhələlərində yalana əl ata da bilərlər. Amma bu müstəsna və ötəri bir hadisədir. Bu, eynilə müttəhim kürsüsündə əyləşmiş cinayətkara bənzəyir. O cinayəti inkar etdiyi halda dərhal əşyayi dəlil, şahid və sübutlar qarşısına qoyulur. Belə bir halda artıq etirafa lüzum qalmır və o təslim olur. Qiyamət günü isə həqiqətlər bundan da aydın və aşkar formada üzə çıxacaqdır. (1)   

Peinevesht:

1. “Nümunə təfsiri”, cild 11, səh. 257.
Nəşr tarixi: « 1393/12/06 »

Nəşr tarixi: « 1397/09/14 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 8