YERİN ALT-ÜST OLMASI

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

YERİN ALT-ÜST OLMASI

Sual : Qiyamət günü Yer kürəsində nə kimi hadisələr gözlənilir?
Qısa cavab:

Qurani-kərim bu dünyanın sonu və axirətin başlanğıcında baş verəcək bir sıra dəhşət doğuran hadisələrdən söz açır:  
“Yer üzü şiddətli bir titrəyişlə titrədiyi zaman”
“Yer öz daxilində olan ağır yüklərini çıxarıb atacağı zaman”
“Zilzaləha” (zəlzələsi) ifadəsini Allahın vəd verdiyi dəhşətli zəlzələni Qiyamət zəlzələsinə aid etmək olar.  
Həmin gün insan bu görünməmiş hadisə qarşılaşanda tam sarsılır və deyir: “Və insan (təəccüb və dəhşətlə): “Buna, nə olub (ki, bu qədər titrəyib daxilində nə varsa çıxarıb atır)?!”- deyəcəyi zaman.”
Ayələrin zahiri mənasından belə başa düşülür ki, burada “insan” sözünün mənası genişdir və həmin günün hadisələrindən qorxmaq və təəccüblənmək təkcə kafirlərə aid ediləcək məsələ deyil.

 

Ətraflı cavab:

Qurani-kərim “Zəlzələ” surəsinin 1-5-ci ayələrində bu dünyanın sonu və axirətin başlanğıcında baş verəcək bir sıra dəhşət doğuran hadisələrdən söz açır:


اِذا زُلْزِلَتِ الاَرْضُ زِلْزالَها


“Yer üzü şiddətli bir titrəyişlə titrədiyi zaman”


وَ اَخْرَجَتِ الاَرْضُ اَثْقالَها


“Yer öz daxilində olan ağır yüklərini çıxarıb atacağı zaman”


“Zilzaləha” (zəlzələsi) ifadəsini iki formada izah etmək mümkündür. Belə ki, həmin gün baş verən zəlzələnin adi zəlzələlərin əksinə olaraq, yəni məkan və zamandan asılı olmayaraq bütün Yer kürəsini lərzəyə gətirməsi mümkündür. Həmçinin Allahın vəd verdiyi dəhşətli zəlzələni Qiyamət zəlzələsinə aid etmək olar.  
Həmin gün insan bu görünməmiş hadisə qarşılaşanda tam sarsılır və deyir:


وَ قالَ الاِنْسانُ ما لَها


“Və insan (təəccüb və dəhşətlə): “Buna, nə olub (ki, bu qədər titrəyib daxilində nə varsa çıxarıb atır)?!”- deyəcəyi zaman.”
Bəzi təfsir alimləri “insan” dedikdə bütün bəşəri deyil, yalnız kafir insanların nəzərdə tutulduğunu iddia etmişlər. Kafirlər məad və qiyamət məsələsinə şübhə və tərəddüdlə yanaşdıqlarına görə belə bir dəhşətlə üzləşməlidirlər. Amma ayələrin zahiri mənasından belə başa düşülür ki, burada “insan” sözünün mənası daha genişdir və bir fərdə ail edilir. Həmin günün hadisələrindən qorxmaq və təəccüblənmək təkcə kafirlərə aid ediləcək məsələ deyil.
Daha əhəmiyyətlisi isə budur:


یَوْمَئِذ تُحَدِّثُ اَخْبارَها


“Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.”


Yaxşı və pis, xeyir və şər çərçivəsində Yer üzündə nə baş vermişsə, hamısını ifşa edəcək. Həmin gün insan əməlinə ən əsas şahidlərindən biri də iş və əməlin gerçəkləşdiyi məkandır. O, bizim gördüyümüz işlərə şahid və nəzarətçidir.
Sonrakı ayədə əlavə edir:


بِاَنَّ رَبَّکَ اَوْحى لَها


“Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.”


Yer hökmün icrasında əsla səhlənkarlıq etmir. Burada “Ovha” (vəhy etmişdir) ifadəsindən istifadə edilməsi, əsrarəngiz danışıq tərzinin yerin təbiəti ilə ziddiyyətindən irəli gəlir. Bu, yalnız ilahi vəhy vasitəsilə mümkündür.  
Bəzilərinə görə məqsəd “Köksündə nə varsa çıxarıb at.” - deyə Yer kürəsinə vəhy edilməsidir.
Lakin birinci təfsir daha düzgün və münasibdir.

Daha sonra buyurur:


یَوْمَئِذ یَصْدُرُ النّاسُ اَشْتاتاً لِیُرَوْا اَعْمالَهُمْ


“O gün insanlar məhşərə varid olmaq və əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb gələrlər.”


“Şət” sözünü cəm forması olan “Əştətə” sözü, “dağınıq” və “ayrı-ayrı” mənalarını daşıyır. Bu dağınıqlıq bəlkə də hər bir din və təriqət nümayəndələrinin ayrılıqda məhşərə daxil olmasına görədir. Yaxud yerin hər qütbünün insanlarının ayrıca məhşərə gəlməsinə görədir. Yaxud da bir dəstənin gözəl, gülərüz, digər qrupun isə çirkin, əsəbi çöhrəylə məhşərə girməsi ucbatındandır. Digər səbəb kimi hər ümmətin öz rəhbəri ilə birgə məhşərə gəlməsini göstərmək olar.
Necə ki, “İsra” surəsinin 71-ci ayəsində deyilir:


 یَوْمَ نَدْعُوا کُلَّ اُناس بِاِمامِهِم


“O gün ki, insanların hər bir dəstəsini öz imamı ilə çağıracağıq.”


Yaxud da mömin möminlərlə, kafir kafirlərlə məhşərə gələr.
Təfsirlərdən ortaq nəticə almaq mümkündür. Ayənin geniş mənası buna imkan verir.
“Yəsduru” sözü “sədr” kökündəndir, dəvələrin suvarılan yerdən həyəcanla, toplu halda xaric olmaq mənasındadır. Bu, “daxil olmaq” məsdərinin antonimidir. Ayədə müxtəlif xalqların qəbirlərdən çıxması və haqq-hesab üçün məhşərə daxil olmasından söz açılır. (1)

Peinevesht:

1. “Nümunə təfsiri”, cild 27, səh. 244.
Nəşr tarixi: « 1393/12/06 »

Nəşr tarixi: « 1397/09/14 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 12