QIYAMƏTİN XÜSÜSİYYƏTLƏRİ

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

Təhlükəsizlik sözü:

İstifadəçi adı:

Şifrə:

LoginComment LoginComment2 LoginComment3 .
əsasında düz
 

QIYAMƏTİN XÜSÜSİYYƏTLƏRİ

Sual : “Mömin” surəsinin 18, 19 və 20-ci ayələrində Qiyamətin hansı xüsusiyyətlərindən söz açılır?
Qısa cavab:

Bu ayələrdə Qiyamət gününün yeddi xüsusiyyətindən, eləcə də dəhşətli hadisələrdən söz açılır.
İlk öncə buyurur:
“Və onları o yaxın gün ilə qorxut.”
O günün “Qiyamət günü” deyil, “azifə günü” adlandırıması insanda heyrət doğurur. Belə ki, qafillər deməsinlər: “Qiyamət gününə hələ çox qalıb. Zehninizi Qiyamət gününə məşğul etməyin. Bu nisyə proqnozdur.”
Digər xüsusiyyət haqqında buyurur:  
“Həmin gün ürəklər (qorxu və vahimədən) qırtlağa çatacaq.”
İnsan o gün böyük çətinliklərlə üzləşək. Sanki canının ağzından çıxdığını hiss edəcək. Ərəblər bu yerdə “canı xirtdəyə çatıb” ifadəsini işlədirlər.

Ətraflı cavab:

Bu ayələrdə Qiyamət gününün yeddi xüsusiyyəti, eləcə də hər inanclı insanı dərin düşündürəcək dəhşətli hadisələri işıqlandırılır.
İlk öncə buyurur:


وَ اَنْذِرْهُمْ یَوْمَ الآزِفَهِ


“Və onları o yaxın gün ilə qorxut.”


“Azifə” sözünün leksik mənası “yaxın”dır. O günün “Qiyamət günü” deyil, “azifə günü” adlandırıması insanda heyrət doğurur. Belə ki, qafillər deməsinlər: “Qiyamət gününə hələ çox qalıb. Zehninizi Qiyamət gününə məşğul etməyin. Bu nisyə proqnozdur.”
İkinci xüsusiyyət haqqında buyurur:


اِذِ الْقُلُوبُ لَدَى الحَناجِرِ


“Həmin gün ürəklər (qorxu və vahimədən) qırtlağa çatacaq.”


İnsan o gün böyük çətinliklərlə üzləşək. Sanki canının ağzından çıxdığını hiss edəcək. Ərəblər bu yerdə “canı xirtdəyə çatıb” ifadəsini işlədirlər. Bizdə az fərqlə “canı boğazına yığılıb” (ürəyi ağzına gəlib) ifadəsi işlənir. Ürəyin yerindən çıxıb boğaza gəlməsinin mümkünsüzlüyü bizə aydındır.  
Ürək dedikdə məqsəd can da ola bilər. Yəni, canı boğazına yığılır, sanki ruhu tədricən bədənindən çıxır, yalnız az bir hissəsi bədəndə qalır.
Üçüncü vəsfdə deyilir: (کاظِمِینَ) “Onların vücudları qəm-kədərlə dolar, amma onu aşkarlamağa qadir olmazlar”.
“Kazim” sözü “kəzm” kökündəndir. Bu söz əslində su ilə dolu tuluğun ağzını bağlamaq mənasında işlənmişdir. Sonra əsəb və qəzəbi şiddətlənən amma müxtəlif səbəblərdən onu cilovlayan insanlar haqqında işlənmişdir.
Dördüncü vəsfdə deyilir:


ما لِلظّالِمِینَ مِنْ حَمِیم


“Zalımların orada dostu olmaz.”


Şirənin ətrafına toplaşan milçəklər kimi hər gün varlı, dövlətli, güdrətli və vəzifəli şəxsin başına toplaşıb yaltaqlıqla özlərini sadiq, vəfalı nökər kimi göstərən dostlarının başı indi özlərinə qarışmışdır. Onlar bu gün heç kəsə baş qoşmurlar. Bəli, həmin gün insanın nə bir dostu, nə də dərdini paylaşmağa bir qəmküsarı var.
Beşinci vəsfdə deyilir:


وَ لاشَفِیع یُطاعُ


“Nə də sözü qəbul edilən şəfaətçiləri olar.”


Təbii ki, peyğəmbərlər və övliyalar kimi həqiqi şəfaətçilərin şəfaəti Yaradanın iznilədir. Quran bununla Allah dərgahında bütləri özlərinə şəfaətçi sanan bütpərəstlərin yalnış düşüncəsinin üstündən xətt çəkir.
Altıncı vəsfdə Allahın sifətlərindən biri bəyan edilir. Bu sifət həm də Qiyamətin xüsusiyyətlərindəndir. Ayədə deyilir:


 یَعْلَمُ خائِنَهَ الاعْیُنِ وَ ما تُخْفِى الصُّدُورُ


“Allah xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini bilir.”
Bəli, gözlərin məxfi hərəkətlərindən və ürəklərdə gizlənmiş sirrlərdən xəbərdar Allah həmin gün bəndələrini mühakimə edir. Onun dəqiq məlumatlarının nəticəsi olaraq günahkarların günü qaradır.
Qiyamətin yeddinci xüsusiyyətinin bəyanı yenə Allahın vəsfi formasındadır. Ayədə deyilir:


وَاللهُ یَقْضى بِالْحَقِّ


“Allah haqq hökm çıxarır.”


Bəli, o gün hakim kürsüsü Allahındır. O, da yalnız haqq hökm çıxarır. Ədalətsiz hökm çıxarmaq ya nadanlıq və məlumatsızlıqdan ya da acizlik və ehtiyacdan doğur. Allah isə hər şeyə, hətta zehinlərdən keçənlərdən belə xəbərdardır. Acizlik və ehtiyac da onun müqəddəs zatından uzaqdır. (1)

Peinevesht:

1. “Nümunə təfsiri”, cild 20, səh. 77.
Nəşr tarixi: « 1393/12/06 »

Nəşr tarixi: « 1397/09/14 »
CommentList
*Mətn
*Təhlükəsizlik kodu yanlışdır http://makarem.ir
İstifadəçilərin sayı : 12