Beynəlxaq konfransın makarem.ir saytı tərəfindən canlı yayımı

Beynəlxaq konfransın makarem.ir saytı tərəfindən canlı yayımı


Bu konfrans may ayının 10 və 11-də Qum şəhəri, İmam Musa Kazim (ə) ali mədrəsəsində “Böyük peyğəmbər” konfrans zalında keçirilir.‌

Bu konfrans may ayının 10 və 11-də Qum şəhəri, İmam Musa Kazim (ə) ali mədrəsəsində “Böyük peyğəmbər” konfrans zalında keçirilir. Konfransın xəbərlərini geniş şəkildə makarem.ir saytında izləyə bilərsiniz.

Canlı yayımın linki:

Makarem.ir/Livetv.aspx

Əlavə qeyd edək ki, “İslam elmlərinin yaranması və yayılmasında şiəliyin rolu” adlı beynəlxalq konfransın mətbuat komitəsinin xəbərinə istinadən sözügedən konfransın açılış mərasimi 10 may, cümə axşamı Qum şəhərində, İmam Musa Kazim (ə) mədrəsəsinin “Rəsuli-Əzəm (s)” beynəlxalq konfrans zalında təşkil olunacaq.
Mərasimdə Qurani-kərimin tilavəti və İran İslam Respublikasının himni səsləndirildikdən sonra qurultayın katibi Höccətül-İslam Rizayi İsfahani qurultay barədə məlumat verəcək.
Mərasimin davamında şiə dünyasının mərcəyi-təqlidlərindən biri, Ayətullah Məkarim Şirazinin çıxışı olacaq. Onun çıxışının ardınca rəyasət heyətinin birinci dərəcəli üzvləri, o cümlədən Ayətullah Əraki, Ayətullah Ələvi Burucerdi, Ayətullah Təsxiri, Əfqanıstan Respublikasından Ayətullah Salehi Müdərris, İslandiyadan Dr. Martin Mc Dermout, Livandan Şeyx Məhəmməd Dəbbah Xızr və İraqdan Seyid Hüseyn Sədr tribunada yer alacaqlar.
Daha sonra ölkə üzrə hövzə elmlərinin rəisi Ayətullah Ərafi və İraqdan Şeyx Xalid Molla nitq söyləyəcək. Həmçinin mərasimdə Dr. Əli Əkbər Vilayətiyə də söz veriləcək. Sonda Türkiyədən olan qonaq Səlahəddin Özgündüz öz sözlərini dilə gətirəcək.
Qurultayın səhər proqramlarının davamında rəyasət heyətinin ikinci dərəcəli üzvləri, o cümlədən Ayətullah Əxtəri, Ayətullah Kurani, Ayətullah Müqtədayi, Ayətullah Nəcməddin Təbəsi, Səudiyyə Ərəbistanından Şeyx Əl-Bəqşa, Tanzaniyadan Şeyx Mürtəza Dina və Pakistandan Seyid İftixar Hüseyn Nəqəvi kürsüdə yer alacaqlar. Sonda Höccətül-İslam vəl-müslimin Rəşad, Höccətül-İslam vəl-müslimin Mübəlliği, Suriyadan Şeyx Əli Əl-Misri, Hindistandan Şeyx Şərif Zahir, Livandan Seyid Mürtəza Mürtəza və İndoneziyadan Şeyx Ömər Məhəmməd Şəhab çıxış edəcəklər.
Həmçinin rəyasət heyətinin üzvləri çıxışlar ətrafında bəhs və fikir mübadiləsi aparacaqlar.  

captcha