Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı Azərbaycan dilində öz işinə başladı

Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı Azərbaycan dilində öz işinə başladı


‌ ‌ ‌ Əhli-beyt (əleyhimus-səlam) məzhəbinin və haqq maarifin yayılması istiqamətində və müxtəlif ölkələrdən böyük ehtiyac duyulduğunu göstərən çoxsaylı xahişlərə cavab olaraq, həzrət  ustadın dəftərxanasının rəsmi saytı Azərbaycan dilində öz işinə start verdi. ‌  ‌

Sözü gedən saytın məsul işçisinin verdiyi açıqlamaya görə hörmətli təbliğçilər tərəfindən ofisə daxil olan müxtəlif ölkələrdə yaşayan azərbaycanlı müsəlmanların çoxsaylı xahişlərinə dair məlumatları nəzərə alınaraq, Əhli-beyt (əleyhimus-salam) maarifinin yayılması məqsədilə saytın Azərbaycan dilində fəaliyyəti istiqamətində işlər ötən ilin Şəvval ayından başlamış, Allahın lütfü və Həzrət Vəliyyi-Əsrin (ə.c) inayəti ilə imamət və vilayət səmasının axırıncı ulduzu, bəşəriyyətin xilaskarı Həzrət Bəqiyyətullah əl-Əzəmin (ə.c)  milad axşamı məqbul informasiya ilə istifadəyə yararlı vəziyyətə gətirilmişdir.

Bu saytın aktiv bölmələrindən Qurani-kərimin tərcümə olunmuş kamil mətnini, həzrət ustadın “Tovzihul-məsail” risaləsini, istiftaatın (sual-cavab) bir hissəsini və ustadın tərcümeyi-halını misal gətirmək olar.

O, müsahibəsinin davamında qeyd etdi ki, yaxın gələcəkdə həzrət ustadın tərcüməsi sona çatmış əsərləri bu saytda yerləşdiriləcəkdir.

Qeyd etmək lazımdır ki, əksəriyyətini şiələr təşkil edən 8 milyondan artıq əhaliyə malik  Azərbaycan respublikası İslam maarifinin intişarı üçün əlverişli məkandır. Ümidvarıq ki, saytın kollektivi məcazi internet fəzasında təbliğ müəssisələrinin artımı istiqamətində atılan daha bir addım olacaqdır.

 

 

captcha